23.20.26
Kriminal

Kriminal"Nişanlımın atasından hamilə olduğunu öyrəndim..."

  Bacısını namus üstündə öldürən qardaşın inanılmaz həyat hekayəti

Həyatda elə hadisələr baş verir ki, yatsan, yuxuna belə girməz. Haqqında danışacağımız hadisə də belə misallardan biridir. Bu hadisə nəticəsində 3 il bağlı qalan cinayətin üstü açılıb. Belə ki, namus üstündə bacısını öldürən 26 yaşlı oğlan daha bir namussuzluğa dözməyib törətdiyi cinayəti etiraf edib. İbtidai istintaqa ifadəsində qatil bacısını necə öldürdüyünü, 3 il istintaqdan necə yayındığını və sonra hansı səbəbdən polisə təslim olduğunu etiraf edib.
1984-cü il təvəllüdlü Ramazan Sevdiyev hərbi xidmətini başa vurduqdan sonra 2006-cı ilin iyulunda doğulub böyüdüyü rayona qayıdır. Rayonda dostlarının və qonşularının ona münasibətinin dəyişdiyini görür. Bunun səbəbini öyrənəndə dostları Ramazana bacısı İradənin pis yola düşdüyünü söyləyirlər. Bu barədə valideynlərindən soruşan Ramazan bacısının evdən qovulduğunu eşidir. O, bir neçə ay bacısını axtarır, lakin tapa bilmir. Onun Bakıda olduğunu öyrənən Ramazan üz tutur paytaxta.
Evdə Ramazanın İradədən başqa daha iki bacısı və iki qardaşı vardı. O, evdə üçüncü uşaq idi. Qardaşları ondan kiçikdi. Bacılarından biri, ərdə olan Sevda ailəsi ilə birlikdə Bakıda yaşayırdı.
İradə evdən qovulandan sonra Bakıya gələrək əxlaqsızlıqla məşğul olmağa başlayır. Günlərini barlarda və əxlaqsızlıq yuvalarında keçirən İradə bacısı Sevdagilə gəlir. Üç aya yaxın müddətdə Sevdagildə qalan İradə bacısına yaxın vaxtlarda Türkiyəyə gedəcəyini bildirir. Bundan sonra onlar arasında mübahisə yaranır. Üstündən bir müddət keçmir ki, Ramazan Bakıya gəlir. Sevdagilə gələn Ramazan bacısı İradənin onlarda olduğunu görür. Lakin İradəyə heç nə demir. Ramazan bir neçə gün onlarda qalır. Gecələr bacısının evdən getdiyinin, bir neçə gün evə gəlmədiyinin şahidi olur. Rayonda bacısı haqqında deyilənlərin həqiqət olduğunu öyrənən Ramazan İradəni öldürmək qərarına gəlir.

O, Sevdanın evdə olmadığını günlərin birində İradənin gəlməsini gözləyir. İradə gəlib çıxır. İradə həyətdəki balaca daxmada paltarını dəyişən zaman Ramazan hücum edərək əlləri ilə onu boğur. Bacısının öldüyünü görən Ramazan İradənin meyitini həyətdəki ayaqyolunun yanında yer qazaraq basdırır. Bu barədə heç kəsə heç nə söyləməyən Ramazan rayona qayıdır. Valideynlərinə də bacısını öldürdüyünü söyləmir. Lakin o, törətdiyi cinayəti aralarında baş verən mübahisə vaxtı rayonda yaşayan bacısı Gülpərinin əri Şirzada söyləyir. Şirzad da bu barədə digər qohumlarına danışır. Lakin nədənsə hüquq-mühafizə orqanlarına bu barədə heç kəs məlumat vermək istəmir.

Həyat beləcə davam edir. Ailədə heç kəs İradənin taleyi ilə maraqlanmır. Öldüyünü bilməyənlər onun haradasa öz əxlaqsız hərəkətlərinə davam etdiyini fikirləşir.
2008-ci ilin sonunda Ramazanı dayısı oğlunun qızı (dayısı nəvəsi) Təranə ilə nişanlayırlar. Həmin vaxt Təranənin 17 yaşı olur.

Günlərin birində Təranə bərk xəstələnir. Ramazanın anası onu həkimə aparır. Həkim Təranəni müayinə edəndən sonra onun 6 aylıq hamilə olduğunu söyləyir. Ramazanın anası Təranədən bu işi necə tutduğunu soruşur. Təranə cavab vermir. Oğlu Ramazandan şübhələnən ana evə qayıdır. Bu barədə Ramazana söyləyir. Ramazan and-aman edir ki, o, belə iş tutmayıb. Ana-bala Təranəgilə gedirlər. Bu barədə Təranənin valideynlərinə danışırlar. Təranə dözməyib hamıdan saxladığı qorxunc həqiqəti onlara açır. O, atasının onun bakirəliyini pozduğunu, ondan hamilə qaldığını söyləyir. Bundan şoka düşən Ramazan Təranənin atası, Tarifin üstünə cumur. Tarif heç nə olmamış kimi Ramazana inanılmaz bir təklif edir: "Gəl Təranəni boynuna götür, mən də sənin bacını öldürdüyünü polisə deməyim”.

Ramazan Tarifin üzünə tüpürərək evdən çıxır və bir daha rayona qayıtmır. O, Bakıya gələrək törətdiyi cinayətin izini itirmək üçün İradənin meyitini basdırdığı yerdən çıxarıb yandırır və yaxınlıqdakı zibilliyə atır. Bir neçə ay sərsəm kimi gəzən Ramazan sonda törətdiyi cinayət barəsində polisə məlumat verərək könüllü təslim olur.

Ramazan barəsində cinayət işinin istintaqı yekunlaşaraq Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib. Məhkəmədə ifadə verən Ramazan törətdiyi əməldən peşman olmadığını söyləyib. O bildirib ki, nişanlısı Təranənin başına gələn bu faciə baş verməsəydi, polisə törətdiyi cinayəti etiraf etməyəcəkdi: "Mən əgər biqeyrət olsaydım, bacımı da öldürməzdim”.

"Qardaşımın 3 oğlu qızımı zorladı”

Məhkəmədə ifadə verən Ramazanın anası qızı İradənin də bu yola düşməsinin səbəbkarları kimi qardaşının oğlanlarını göstərib. O bildirib ki, Rasim adında qardaşının üç oğlu vaxtı ilə qızı İradəni zorlayıb: "Mənim ailəmin bu günə düşməsinə səbəb qardaşlarımdır. Rasimin oğlanları İradəni zorladılar. Sonra da yiyə durmadılar. Biz də əlimizdə sübut olmadığına görə, onlardan şikayətçi ola bilmədik. İndi də o biri qardaşımın oğlu biqeyrətlik eləyib. O, da öz qızını zorlayıb. Qızın atasından uşağı var. Lakin onu başqasına güc-bəla ilə ərə veriblər. Əri də nəyinsə qarşılığında Təranəni qəbul edib”.

Ramazanın anası məhkəmədən oğluna az cəza kəsilməsini istəyib.

Məhkəmə davam edir.

P.S Təranənin atası barəsində ayrıca cinayət işi açılıb. Onun dünyaya gətirdiyi körpənin həqiqətən də atasından olub-olmaması keçirilən ekspertizadan sonra bilinəcək. //lent.az

Просмотров: 609 | Добавил: afgan73 | Рейтинг: 5.0/2
Всего комментариев: 1
1 kiki  
0
angry dehşetdir. Ele biqeyretleri asmaq lazimdi.

00000
Имя *:
Email:
Kod *: