05.26.49
Poeziya
Əfqan NƏSİRLİ
 
MÖHTAC OLUBDUR
 

Əzəlindən belə gəlib bu dünya,
Yaxşısı yamana möhtac olubdur.
Naşısı oturub süfrə başında,
Ustadı zamana möhtac olubdur.
 
Tülküləri, çaqqalları çox olub,
İnsanlıqdan pay umanlar yox olub.
Yabıları hər an yeyib, tox olub,
Köhləni samana möhtac olubdur.
 
Alçaqları qanunları yazandı,
Düzlük deyən düz yollunu azandı,
Namərdləri baş kəsib, ad qazandı,
Mərdləri amana möhtac olubdur.
Просмотров: 602 | Добавил: afgan73 | Рейтинг: 5.0/2
Всего комментариев: 1
1 KÖNÜL  
0
Dostum, indiki zamanda dünya bele qurulub.......... amma cox teessüfler olsun...

00000
Имя *:
Email:
Kod *: