23.07.41
Siyasət

Sərdar CəlaloğluSərdar Cəlaloğludan müxalifətin ünvanına kəskin ittihamlar

Bunlar deyir ki, səlahiyyət məndə olsun, məsuliyyət başqalarında. Mən qərar verim, kimlərsə küçələrdə qul kimi döyülüb, söyülsün" 

Azərbaycan Demokrat Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu bəzi müxalifət liderlərinin birgə aksiya keçirmək istəyinə münasibət açıqlayıb. Qaynar.info xəbər verir ki, ADP sədri "Faktxəbər"ə açıqlamasında "ilk növbədə müxalifət liderləri səmimi müxalifət birliyi yaratmağa nail olmalıdırlar ki, sonra da səmimi birlik əsasında digər fəaliyyət göstərsinlər. Orqan olmasa, orqanın funksiyası ola bilməz. Mitinq funksiyadır. Bir yerdə oturub, söhbət edərək, hansısa məsələni həll edə bilmiriksə, mitinq kimi ciddi bir işi necə təşkil edə bilərik? Müxalifət liderləri bir araya gəlib bir stolun başında oturmaq istəmirlər. Mitinqi necə təşkil edəcəklər? Hərə öz kabinetində oturub, telefonla bir-birinə nəsə deyib, əlaqə yaradacaqlar? Bunların hamısı qeyri-səmimi yanaşmadır”.
S.Cəlaloğlunun sözlərinə görə, birlik özü olmalıdır ki, onun əsasında iş planı müəyyənləşsin:" Sonra bu çərçivədə aksiya da keçirilə bilər. Əslində aksiya vacib məqam deyil. Əsas xalq arasında inamı bərpa etmək və müxalifəti bir araya gətirməkdir. Biz beynəlxalq və ictimai dəstək ala bilməsək, mitinqlər necə alınacaq? Sabah mitinqlərdə zorakılğın qarşısı necə alına bilər? Bunların hamısı düşünülmüş formada olmalıdır. Axı, biz məsuliyyət daşıyırıq”.
S.Cəlaloğlu Müsavat Partiyasından gileylənib: "Müsavat həmişə mitinq təşkil edir, ADP-çilər tutulur. Çünki, öz adamları yoxdur. Yalvarırlar ki, gəlin iştirak edin. Tutulanların arxasınca mən gedirəm və bütün ağırlıq mənim çiyinlərimə düşür. Bu işlərin hamısı həll olunduqdan sonra böyük aksiyalara getmək olar. Əli Kərimli deyir ki, gedək mitinqə, kim tutulsa qoy tutulsun. Mənim tutulanımın arxasınca Müsavat gəlmir. Hətta keçən aksiyada birinci gedən və döyülən Cəmil olmuşdu. Heç onun adını çəkməmişdilər. Başqa informasiya agentlikləri məlumat vermişdilər. Onlar isə yazmışdılar ki, üç nəfər müsavatçı tutulub. Mən bunun tədbirinə gedirəm, adamım tutulur, gör nə qədər məsuliyyətsizdirlər ki, hətta bizim nümayəndənin adını vermək istəmirlər. Çünki, işin hamısını Müsavat öz ayağına yazmağa çalışır. Keçən dəfə piketlərində 15 nəfər bizdən iştirak etmişdi, 20 nəfər özlərindən. Bu dəfə də 4 nəfər bizdən tutulub. Tutulanlar haqqında məlumat vermir, qayğı göstərmir və sair. Ancaq öz üzvünün qayğısına qalır. Bunlar istəyirlər ki, kimsə gəlib qərarlarını icra etsin”.
Onların təkliflərini qəbul etməyəndə, ictimaiyyətə çatdırırlar ki, guya biz mitinq tərəfdarı deyilik və hakimiyyətə satılmışıq. Mən bunların oyunlarını yaxşı başa düşürəm. Bunlar deyir ki, səlahiyyət məndə olsun məsuliyyət başqalarında. Mən qərar verim, kimlərsə küçələrdə qul kimi döyülüb, söyülsün - S.Cəlaloğlu vurğuladı. //QayNar

Просмотров: 556 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: