15.58.41
Xəbərlər
3 tanınmış şəxs mükafatlandırıldı

Rus Pravoslav Kilsəsi Hidayət Orucovu, Tahir Salahovu və Maqsud İbrahimbəyovu "III dərəcəli Şöhrət və Şərəf” ordeni ilə təltif edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Rusiyanın ali ruhani idarəsinin "III dərəcəli Şöhrət və Şərəf” ordeni ilə təltif edilib. Komitə sədri bu mükafata Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yerarxiyasına müntəzəm kömək göstərdiyinə görə layiq görülüb.

Komitənin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, Azərbaycanın ictimai xadimlərindən daha 2 nəfəri "III dərəcəli Şöhrət və Şərəf” ordeni ilə təltif olunub. Bunlar Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti Tahir Salahov (dinlərarası sülhün möhkəmləndirilməsində xidmətlərinə görə və anadan olmasının 80 illiyi münasibətilə), Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, Milli Məclisin üzvü, yazıçı Maqsud İbrahimbəyovdur (anadan olmasının 75 illiyi münasibətilə). da "III dərəcəli Şöhrət və Şərəf” ordeni ilə təltif olunublar. Moskva və Bütün Rusiyanın Patriarxı Kirill aprelin 25-də Azərbaycanda rəsmi səfərdə olarkən ordeni Hidayət Orucov, Tahir Salahov və Maqsud İbrahimbəyova təqdim edib.
Kirill həzrətləri Rusiya patriarxlığının yüksək mükafatının təqdimat mərasimindəki çıxışında Azərbaycan-Rusiya dostluq münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyib. O qeyd edib ki, Azərbaycan və Rusiya xalqları arasında tərəfdaşlıq, dostluq münasibətlərinin getdikcə möhkəmlənməsi həm Qafqaz, həm də dünya miqyasında sülhün qorunub saxlanılması üçün çox böyük əhəmiyyətə malikdir. Kirill həmçinin Azərbaycanın tolerant ölkə olduğunu, tarix boyu yəhudilər, xristianlar və başqa konfensiya mənsublarının burada sərbəst yaşayaraq öz ibadətlərini icra etdiklərini bildirib. Rusiyanın patriarxı belə bir dini dözümlülük ənənəsinin digər dünya ölkələri üçün örnək ola biləcəyini deyib.

Elxan SALAHOV
Просмотров: 576 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: