12.32.03
Xatirə

(araba qəzasında həyatını itirən dostumuza)

MeteƏSƏD QARAQAPLAN

sən çıxıb getməsəydin
A-dan başlayacaqdı səhər
sonra Peyğəmbər eşqinə bir salavat çevirəcəkdik
yerini sənə verən o qocanın qəbri üstə..
torpaq buğlanıb ruhumuza dolacaqdı
məzar üstə tökülən suya günəş dəyincə..
ayrılıb dostlardan
küləyə qarşı gedəcəkdik şəhərə doğru..

sən çıxıb getməsəydin
son şeirimi oxuyacaqdım sənə
25 yaşlı Tanrını..
böyüklüyümdən danışacaqdım
adam olmadığımdan
hər kəsdən qaçıb gizləndiyimdən..
sonra siqaretini yandırıb
sənə "dostum” deyəcəkdim..
başıma Günəş, üzümə Külək
ayağıma Torpaq dəyincə
Su kimi axacaqdım
sən çıxıb getməsəydin

sən çıxıb getməsəydin
daha güclü, daha böyük olacaqdım
adam olacaqdım..
heç kəsdən qaçıb gizlənməyəcəkdim
25 yaşlı Tanrı olmayacaqdım, dost

sən çıxıb getməsəydin
ayağım qırılmayacaqdı ölüm xəbərini eşitdiyim gün
top yerinə daşa vurduğum ayağım..
heç nə daşa dəyməyəcək
heç bir işarət olmayacaqdı ölmünə..

sən çıxıb getməsəydin
sənə çox şey deyəcəkdim
deyəcəkdim sevmə səni sevənləri
sənə nifrət edənləri sev deyəcəkdim..
deyəcəkdim məni sev, dostum
deyəcəkdim mütləq deyəcəkdim
sən çıxıb getməsəydin..

sən çıxıb getməsəydin
üstündə saç yolmayacaqdı boyalı qadınlar
və ağlamayacaqdı qorxaq kişilər..
hər şey daha gözəl olacaqdı
iç üzü açılmayınca..
kim kimdən yaralıysa onu da sevməyəcək
ruhunu incitməyəcəkdilər səni evinizə aparıb..
gecə saatlarında gəlməyəcəkdi bütün acı xəbərlər
sadəcə gedişin olmayacaqdı yoxluğun..
olmayacaqdın.. bir ovuc torpaq olmayacaqdın..

sən çıxıb getməsəydin
düz gəlməyən yanlarımızı sevəcəkdik
yaxına buraxmayacaqdıq bizə bənzəyən heç kimsəni
hey təzadı, ziddiyyəti sevəcəkdik bir-birimizdə..
daha güclü olacaqdıq hərəmiz öz otağında
öz qələminin ucunda, öz kağızının içində..
hərəmiz öz sözündə daha güclü olacaqdıq
bir sağdan, bir soldan vuracaqdıq həyatın üzünə sərt şilləni..

sən çıxıb getməsəydin
A-dan başlayan səhəri sevəcəkdik
sonra Peyğəmbər eşqinə çevirdiyimiz salavatı
yerini sənə verən o qocanı qəbri üstə..
torpaq buğlanıb ruhumuza dolacaqdı
məzar üstə tökülən suya günəş dəyincə
başımıza Günəş, üzümüzə Külək
ayağımıza Torpaq dəyincə
Su kimi axıb sevəcəkdik.. sevəcəkdik..
sən çıxıb getməsəydin..

AQŞİN YENİSEY

…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…
…sən çıxıb getməsəydin…

…bu gecə tək içməzdik…

Просмотров: 565 | Добавил: afgan73 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: