Əfqan NƏSİRLİ
QONAQLIQ
(hekayə)
Moruqlu kəndi dağların ətəyində yerləşirdi. Dörd bir tərəfdən kəndi əhatə edən çox da yüksək olmayan yamaclar yazda yamyaşıl olsa da, üzü payıza dönəndə hər tərəf saralırdı. Buranın təbiəti kimi insanları da mülayim idi. Eyni zamanda çox zarafatcıl idilər. Bir-birləri ilə elə zarafatlar edərdilər ki, kənar adam olsa acığı tutar, bu cür zarafatlara dözə bilməzdi. Deyilənlərə görə, bir nəfər çimərkən həyat yoldaşının başına su tökəndə onunla zarafat etmək istəyir. Həyat yoldaşı gözünü sabunlayanda qapqaynar suyu onun kürəyinə tökür. Qadın hamamdan yarımçılpaq birbaş atası evinə qaçır. Zarafatının ciddiləşdiyini görən kişi, onun arxasınca yüyürərək: - Atamın g
...
Davamını oxu