Ərazinin genişləndirilməsi, yeni-yeni torpaqların zəbt edilməsi, azsaylı xalqlar arasında nifaq salaraq, onları bir-birindən ayırmaq Rusiya İmperiyasının əsas məqsədi idi. Fedotovun da yaxşı gördüyü bu siyasət bir sıra hallarda müharibələr və basqınlarla həyata keçirilsə də, kiçik tayfalara, parçalanmış xalqlara qarşı başqa üsullara da əl atılırdı. Kökləri daha dərinlərə gedən bu siyasətin nəticəsi idi ki, hələ Çar Rusiyası dönəmində Qafqaz, Sibir və Orta Asiya xalqlarına maraq güclənmişdi. Azsaylı xalqların dilinin, folklorunun, coğrafiyasının öyrənilməsi də elmi maraqdansa, daha çox məhz siyasi, iqtisadi, imperiya maraqlarından doğurdu. Həmin dövrlərdə bu bölgələrə dəfələrlə ekspedisiyalar təşkil olunur, rus və digər xalqlardan olan alimlər – folklorçular, etnoqraflar, arxeoloqlar, tarixçilər... bu yerlərə səyahət edir, yerli xalqların məişətini, dilini öyrənir, folklorunu toplayır, ayrı-ayrı tayfalarla, xalqlarla görüşür, eşitdiklərini, gördüklərini qələmə alaraq bu günümüz və gələc
...
Davamını oxu