Digər Bakı milyonçuları kimi o da yoxsul ailədən çıxmışdı, adi bir saman satanın oğlu idi. 1848-ci ildə Biləcəridə anadan olmuşdu. Sonralar varlanan Ağa Musa var-dövlətdə Hacı Zeynalabdin Tağıyevdən heç də geri qalmırdı. Hətta ondan zəngin idi. Musa Nağıyevin var-dövləti on milyonlarla qızıl pula çatmışdı. “Cəmiyyəti-xeyriyyə” üçün şəhərin mərkəzində əzəmətli “Ismailiyyə” binasını ucaltmağına, bu mülkdən bir qədər yuxarıda Realnı məktəbin inşasını öhdəsinə alıb yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcini ödəməsinə, şəhər kənarında keçmiş Semaşko xəstəxanasını tikdirməyinə və Bakı su kəməri üçün xeyli pul verməyinə və digər çoxlu xeyriyyə işləri görməyinə baxmayaraq, camaat onu xəsis adıyla damğalamışdı. Ağa Musa cavanlıqda üç-beş qəpiyə ona-buna şələ daşıyırmış; zəhmət-əmək hesabına pul yığıb əvvəl Balaxanıda neft təbəqələri dayazda yerləşən, quyu qazdırmaq nisbətən asan olan yerdə balaca sahə aldı. Gecə-gündüz quyu qazanların yanından çəkilmir, heç kimi bekar qalmağa, hədər vaxt itirm ... Davamını oxu
Baxılıb: 453 | Əlavə etdi: afgan73 | Tarix: 13.10.2018 | Şərhlər (0)