01.38.41 SİYASƏT | |
ERMƏNİ RƏHBƏRLİYİ HAQQINDA ŞOK FAKTLAR "Emporio Armani”, "Stefano Ricci” kimi dünyaca tanınmış elitar markaların Ermənistandakı distrübütorudur. Hakim erməni elitası beynəlxalq silah alveri və narkotranzit də daxil olmaqla, bir çox qaranlıq əməllərin içindədir Rusiyanın "Versiya” qəzetində Ermənistanın hakim elitasının korrupsiya əməllərinə dair olduqca sensasion material yer alıb. Material Moskvada yerləşən Erməni Milli Klubunun prezidenti Smbat Qaraxanyanın təqdim etdiyi faktlara əsaslanır. Məlum olur ki, Ermənistanın indiki prezidenti Serj Sərkisyan ölkə iqtisadiyyatının əsas aparıcı sahələrini inhisarda saxlayır, ölkəni benzin və dizel yanacağı ilə təchiz edən şirkət də ona məxsusdur. Bu şirkətin Gürcüstan üzərindən Azərbaycandan daşınan benzini alaraq Ermənistanda satdığı da bildirilir. Məqalədə deyildiyinə görə, Sərkisyanın biznesini vasitəçi şəxslər, qardaşı Aleksandr və kürəkəni Mikael Minasyan idarə edir. Qaraxanyanın açıqladığı faktlara görə, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da iri biznes strukturlarına malikdir. Köçəryanın özünə və ailə üzvlərinə məxsus şirkətlər arasında işğal altında olan Azərbaycan ərazilərində fəaliyyət göstərən "Artsaxbank”, Ermənistanda fəaliyyət göstərən "UNİBank”ın səhmlərinin bir hissəsi, ABB bankın səhmləri, "Renko Construktion” tikinti şirkəti, Zəngəzur mis kombinatı, "Konversbank”ın səhmlərinin 50 faizə qədəri, "Nairi” tibb mərkəzi, "Emporio Armani”, "Stefano Ricci” kimi dünyaca tanınmış elitar markaların Ermənistandakı distrübütoru, "BiŞin” tikinti şirkəti, "Dauntaun Erevan” tikinti şirkəti (böyük oğlu Sedrak idarə edir), "H2" telekommunikasiya şirkəti, SAS mağazalar şəbəkəsi, ”Noy" konyak zavodu (səhmlərinin 50 faizi "Firəvan Ermənistan” partiyasının sədri, hakim koalisiyanın ortağı Qaqik Tsarukyana məxsusdur), İrəvandakı "Zvartnots” aeroportu, Moskvada kazino ("Şakro” ləqəbli "vor zakonla” ortaqdır), "Toyota” şirkətinin nümayəndəliyi yer alır. Həmçinin Köçəryan Rusiyanın AFK "Sistema” korporasiyasının səhmlərindən bir hissəsini alıb və hazırda bu şirkətin müstəqil direktorudur. Bundan əlavə, Köçəryanın Ermənistanda minlərlə hektar əkin torpağı, İrəvanda beşulduzlu "Golden Palace” oteli, "Araratsement” zavodunun 33 faizlik səhm paketi də var. Köçəryanın oğlunun səhmlərinin bir hissəsinə sahib olduğu "Konversbank” isə bir neçə il əvvəl ABŞ xüsusi xidmət orqanlarının diqqət mərkəzində olub, məlum olub ki, bu bank vasitəsilə beynəlxalq terrorçuluqla bağlı bəzi firma və banklar 900 milyon dollara yaxın pul "yuyublar”. Qalmaqal bankın prezidenti S.Nəsibyanın istefası ilə nəticələnib, elan olunub ki, Köçəryanın oğlu bankdakı səhmlərini satıb. Lakin bu xəbərin doğru olmadığı, Sedrakın hələ də bankın mülkiyyətçilərindən biri olduğu deyilir. Məqalədə bildirildiyinə görə, Ermənistanın indiki rəhbərliyi aşağıdakı sahələri tam inhisarda saxlayır: gömrük rüsumları, benzin, dizel və aviasiya yanacağının idxalı, metal və metal tullantılarının ixracı, qızıl idxalı və onun satışı, aviadaşımalar, bütün qalan idxal sahələrinin 45 faizə qədəri. Qaraxanyan onu da deyib ki, Ermənistan üzərindən bir neçə narkotrafik marşrutu keçir, bu marşrut da hakim elitanın nəzarətindədir. Narkotik İrandan daşınır və İrəvan və Gümrü aeroportları üzərindən Rusiyanın Novorosiysk, Anapa şəhərlərinə, oradan isə Avropaya ötürülür. Bundan əlavə, Sərkisyanın adamları offşor şirkətlər vasitəsilə Nigeriya və Namibiyada qızıl mədənləri də alıb, hazırda bu mədənlərdə 150-dən çox erməni muzdlusu işləyir. Bildirilir ki, erməni oliqarxları öz kapitallarını İsveçrə, yunan Kipri, Livan, Birləşmiş Ərəb Əmirlikləri və Britaniyanın Atlantik okeanında yerləşən adalarındakı offşor banklarda saxlayır. Serj Sərkisyanın qardaşının adı isə bu yaxınlarda Ermənistanda yaşayan yezidi kürdləri aldadaraq onların qoyunlarını ucuz qiymətə aldığına görə qalmaqalda çəkilirdi. Belə ki, Serjin qardaşı yezidi kürdlərini aldadaraq, onların qoyunlarının 90 faizini alıb və İrana satıb. Aldadılan yezidi kürdlərin çoxu var-yoxlarını itirdikdən sonra Ermənistanı tərk etməli olublar. Ermənistan prezidentinə məxsus "MİKA” şirkətinə gəldikdə isə bu şirkət yerli bazarda benzin, dizel və aviasiya yanacağının tək inhisarçısıdır. Ondan başqa heç bir şirkət Ermənistana yanacaq idxal edə bilməz. Şirkətin neft məhsullarını Rusiyadan və bəzi Avropa ölkələrindən, əsasən də Yunanıstan və İtaliyadan idxal etdiyi bildirilir, lakin "MİKA” Gürcüstanın Poti və Batumi limanlarından da neft məhsulları alır. Söhbət məhz Azərbaycandan daşınan benzin və dizel yanacağından gedir. Doğrudur, erməni şirkəti birbaşa bu yanacağı ixrac edən ARDNŞ-lə müqavilə bağlamır, lakin Gürcüstandakı vasitəçi şirkətlər (hansı ki, onların bir çoxu elə Sərkisyanın adamlarının əlindədir) üzərindən rahatca bu yanacağı alır və Ermənistanda idxal edir. Həm də bu yanacaq nəqliyyat xərclərinin az olması səbəbindən daha ucuz başa gəlir. "MİKA” şirkətinin prezidenti, Ermənistanın ən varlı adamlarından biri Mixael Bağdasaryandır. Ancaq erməni mətbuatı onun Sərkisyanla ortaq olduğunu yazır. Qeyd edək ki, Gürcüstanı neft məhsulları ilə Azərbaycan təmin edir. İndiyədək dəfələrlə Azərbaycandan Ermənistana bu ölkənin üzərindən benzin və dizel daşındığı haqda mətbuatda yazılıb.\Yeni Müsavat\ | |
|
Всего комментариев: 0 | |