FutbolNeftçi" PFK mövsümlərarası fasilədə transfer çalışmalarını davam etdirir
 
Flaqman heyətə daha bir futbolçu cəlb edib. Belə ki, Unibank Premyer Liqasının 2009/10 mövsümündə 16 qolla bombardir olan Fərid Quliyev "Neftçi"yə transfer olunub. Milli komandamızın da şərəfini qoruyan 24 yaşlı hücumçu ilə 1 illik müqavilə bağlanılıb.
Xatırladaq ki, "Neftçi" PFK Fərid Quliyevdən öncə makedoniyalı Slavko Georgievski, braziliyalılar Denis Silva, Alessandro Viana da Silva, eləcə də Rauf Mehdiyevi transfer edib ... Davamını oxu
Tikilib: Şəkil 1
Baxılıb: 644 | Əlavə etdi: natiq | Tarix: 28.06.2010 | Şərhlər (0)

G'ncl'rGƏNCLƏR YOLDAŞLIQ OYUNU KEÇİRİB
 
Almaniyanın Duysburq şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib. Yığmamız «SV Essen» klubunun nəzdindəki müvafiq yaş qrupundan ibarət komanda ilə qarşılaşıb. Oyun 3:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolları Orxan Əliyev, Namiq Ələsgərov və Nurlan Əhmədov vurublar.
Xatırladaq ki, yığmamız bundan əvvəlki yoldaşlıq oyununda «PSV Vesel» komandasına 5:0 hesabı ilə qalib gəlmişdi.
Tikilib: Şəkil 1
Baxılıb: 646 | Əlavə etdi: natiq | Tarix: 28.06.2010 | Şərhlər (0)

Georgi Nikolov daha bir həmyerlisini «İnter»ə gətirdi

UEFA Çempionlar Liqasının oyununa hazırlaşan Bakının «İnter» klubu növbəti transferini rəsmiləşdirib. Qol.Az-ın Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan çempionu «Liteks»in və Rumıniya «Styaua»sının keçmiş futbolçusu Jivko Jelevlə müqavilə imzalayıb.
J.Jelev «İnter»in şərtlərindən razı olduğunu deyib. «Çempionlar Liqasında iştirak edəcəyimdən məmnunam» deyə o bildirib.
Baxılıb: 631 | Əlavə etdi: natiq | Tarix: 28.06.2010 | Şərhlər (0)

məşqçiBavariya”nın məşqçisi "Bakı”da!

"Bakı” klubunun fiziki hazırlıq üzrə yeni məşqçisinin adı məlum olub. Qol.Az-ın klubun rəsmi saytına istinadın verdiyi məlumata görə, baş məşqçisi Vinfrid Şeferin istəyinə uyğun olaraq bundan sonra futbolçularıın funksional hazırlığına Haunstein Norbert cavabdehlik daşıyacaq. Məşqçi dünən komanda üzvlərinə təqdim olunmaqla yanaşı, həm də ilk məşqinə çıxıb.
 56 yaşlı Norbert kifayət qədər zəngin məşqçilik karyerasına malikdir. Almaniyalı mütəxəssis ölkəsinin ən tanın ... Davamını oxu
Tikilib: Şəkil 1
Baxılıb: 602 | Əlavə etdi: natiq | Tarix: 28.06.2010 | Şərhlər (0)