qızıl avtomobilDünyanın qızıldan hazırlanan ən bahalı avtomobili

İtaliyanın "Bugatti Veyron” şirkəti dünyanın ən bahalı avtomobil modelini istehsal edib.

Lent.az-ın "Daily Telegraf” qəzetinə istinadən verdiyi məlumata görə, yalnız 3 ədəd istehsal edilən və "Bugatti Veyron Diamond” adı verilən avtomobilin qiyməti 3 milyon dollardır.
Avtomobilin hazırlanması prosesində 24 karat qızıl, platin və almazdan istifadə olunub. Avtomobil saatda 400 kilometr sürətlə hərəkət edə bilir.
Baxılıb: 762 | Əlavə etdi: afgan73 | Tarix: 20.06.2010 | Şərhlər (0)

QabrielQabriel Qarsiya Markes
 
ÜÇ SOMNAMBUL ÜÇÜN KƏDƏR

İndisə orada, evin uzaq bir küncündə kimsəsizdir. Biz hələ şeylərini – meşə qoxusunu heç itirməmiş paltarıyla, pis havalarda geydiyi quştək yüngül ayaqqabısını gətirməmişdən qabaq kimsə bizə demişdi ki, bu qadın iyi-dadı olmayan ləng həyata alışa bilmir, o həyatın ən cazibədar şeyi sərt tənhalıqdır, daim onun çiyinlərini əzir, sanki daş və əhəngdən tökülüb. Kimsə bizə demişdi – və biz bunu xeyli vaxt keçəndən sonra xatırladıq ki, nə vaxsa onun da uşaqlığı olub. Ola bilsin, onda deyilənə sadəcə inanma ... Davamını oxu
Baxılıb: 790 | Əlavə etdi: afgan73 | Tarix: 20.06.2010 | Şərhlər (0)

TARİXDƏ BU GÜN
 
20 iyun. İlin sonuna 194 gün qalır.

451. Hun hökmdarı Atilla Katalon düzündəki döyüşdə məğlub olub

1793. Amerikan mühəndis Eli Uitni pambıqtəmizləyən maşına patent alıb

1837. İngiltərədə ilk poçt markaları buraxılıb

1840. Samuel Morze teleqrafı patentləşdirib

1893. Mendeleyevin rəhbərliyi ilə Rusiyada ölçü və çəki Palatası təşkil edilib

1895. Baltik və Şimal dənizləri Kil kanalı vasitəsilə birləşdirilib

1917. Müsavat və Türk Ədəmi Mərkəziyyət partiyaları "Türk Ədəmi Mərkəziyyət Müsavat” adı altında birləşib

1921. Bəstəkar Cahangir Cahangirov anadan olub

1937. Çkalovun rəhbərlik etdiyi eki ... Davamını oxu
Baxılıb: 577 | Əlavə etdi: afgan73 | Tarix: 20.06.2010 | Şərhlər (0)

BPBP-yə gözlənilməz zərbə

Tərəfdaş şirkət Meksika körfəzindəki platformada baş verən qəzaya görə BP-ni günahlandırıb

Meksika körfəzində qəza baş vermiş "Deepwater Horizon” platformasında BP-nin tərəfdaşı olan və layihədə 25 faiz paya malik ABŞ-ın "Anadarko” şirkəti bəyanatla çıxış edib. Lent.az-ın "BBC”yə istinadən verdiyi məlumata görə, şirkətin yaydığı bəyanatda qeyd olunur ki, neft platformasında aprelin 22-də baş verən qəza BP-nin dumanlı qərarının və hərəkətlərinin nəticəsidir.
"Anadarko” bəyan edib ki, qəzanın qarşısını almaq olardı: "Biz Konqresdə bu həftə qəza ilə bağlı verilən informasiyalara qulaq asanda şoka düşdük. Çünki BP təhlükəsizliyə riayət etməyib və bir neçə ciddi siqnala diqqət yetirməyib. ... Davamını oxu
Baxılıb: 630 | Əlavə etdi: afgan73 | Tarix: 20.06.2010 | Şərhlər (0)

ÇarlzÇarlz Bukovski
 
Demək yazar olmaq istəyirsən?

Hər şeyə rəğmən,
o, daxilindən vulkan kimi püskürüb özünə yol açmasa,
yazma.
Çağrılmadan gəlməzsə ürəyindən
düşüncəndən, ağzından və canından,
yazma.
Söz axtararaq,
saatlarla oturub
zilləməlisənsə gözünü bilgisayarın ekranına
və ya yazı makinasının üzərində belini bükməlisənsə,
yazma.
Pul və ya
şöhrət üçün yazırsansa,
yazma.
Yatağında qadınlar istədiyindən yazırsansa,
yazma.
Ağır işdirsə eləcə yazmağı keçirmək ağlından ... Davamını oxu
Baxılıb: 600 | Əlavə etdi: afgan73 | Tarix: 20.06.2010 | Şərhlər (0)

qətlÜrəkləri çıxarılmış 12 meyit tapıldı


Son bir həftədə 2 oxşar qətl hadisəsi baş verib

Meksikanın turizm mərkəzi Kankun şəhərinin yaxınlarından işgəncə ilə öldürülən 12 nəfərin cəsədi tapılıb. Lent.az-ın "CNN”ə istinadən verdiyi məlumata görə, tapılan meyitlərin bəzilərinin ürəkləri çıxarılıb.
Polis cəsədlərin basdırılmış şəkildə aşkar olunduğu məlumatını verib. Meyitlərin bəzilərinin ürəkləri çıxarılıb, bəzilərinin isə sinələrində "Z” hərfi cızılıb. "Z” – Meksikada "Zetlər” adı ilə tanınan narkomafiyanın rəmzidir.
Bir həftə əvvəl də Kankun şəhəri yaxınlığında bir mağarada 6 meyit tapılmışdı. Həmin cəsədlərin də bəzilərinin ürəkləri çıxarılmış, sinələrinə "Z” hərfi cızılmışdı.
... Davamını oxu
Baxılıb: 594 | Əlavə etdi: afgan73 | Tarix: 20.06.2010 | Şərhlər (0)

Murad KöhnəqalaMurad Köhnəqala
 
Oliqarxla toqquşma

Şəhərin mərkəzinə, "Tarqovı” tərəfdə toz-təmir işlərinə baxmağa gedirdim. Küçəni keçərkən yekə bir xarici maşın üstümə elə gəldi, az qala məni vursun, kənara tullanıb qəzadan güclə yayındım. Baxdım ki, maşının uzunluğu beş metr olar. Şüşələri gülləkeçirməz, dəmiri tankadavamlıdı. Ancaq markasından başım çıxmadı. Sükan ardında bir axmaq adam oturub saqqız çeynəyə-çeynəyə mənə baxırdı. Dedim, a kişi, zibilini o tərəfdən sür dəə, başına yol qəhətdi?
Maşını bir az yana verib başını aynadan çölə ... Davamını oxu
Baxılıb: 603 | Əlavə etdi: afgan73 | Tarix: 20.06.2010 | Şərhlər (1)

astrologiyaBürclər bu həftə nə vəd edir?


Həftəlik astroloji proqnoz
QOÇ
Astroloji göstəricilərə əsaslansaq, bu həftə darıxdırıcı məqamlarınız xeyli səngiyəcək. Ətrafınızda olanlar tədricən sizi anlamağa başlayacaqlar. Amma ayın 23-dək qeyri-adi işlərə başlamaq, riskli addımlar atmaq, ciddi məsələlərə girişmək yolverilməzdir. Yaxşı olar ki bunu sonrakı günlərə saxlayasınız.
BUĞA
Bəri başdan nəzərinizə çatdıraq ki, bu aralıq sizin üçün daha çox maraqlı görüş və xoş təsadüflərlə yadda qalacaq. Çalışın hər bir ünsiyyətdə mədəni davranış və zəkalı gedişlər edəsiniz. Gələcəyiniz üçün bu şanslardan yaxşı istifadə edin. Bacardığınız qədər əsas vaxtınızı istirahətə və ailə-sevgi münasibətlərinə həsr ... Davamını oxu
Baxılıb: 1228 | Əlavə etdi: afgan73 | Tarix: 20.06.2010 | Şərhlər (0)