22.15.36
Astroloji proqnoz
S'buhi M'mm'dliAstroloji proqnozu Səbuhi Rəhimli təqdim edir

(21-27 iyun 2010 cu il)


QOÇ - İxtiyarınızda olan bu füsunkar həftə sizin üçün müəyyən mənada gərginliklə müşahidə olunacaq. Bu, daha çox fəaliyyət zəminində baş verə bilər. Odur ki, əsas vaxtınızı istirahətə həsr edin. Ulduzlar ayın 25-də müqəddəs ziyarətgahlara baş çəkməyinizi məsləhət görür. Yaşca özünüzdən böyük insanların məsləhətinə qulaq asın.

BUĞA - Ötən həftədən davam edən maliyyə çətinliyiniz bu ərəfədə də davam edə bilər. Odur ki, çıxılmaz vəziyyətə düşməmək üçün müəyyən qədər borc götürmək olar. Ulduzlar ünsiyyətdə olduğunuz insanların bədxahlığına neytral yanaşmağınızın əleyhinədir. Çünki uğursuzluqlarınızın əksəriyyəti cəsarətsizliyinizdən irəli gəlir.

ƏKİZLƏR - Qarşıda duran bu həftədə hamıdan enerjili, hamıdan şanslı olmaq üçün düzgün qərarlar verməliciniz. Bu isə çox sahələrdə uğurlarınızı artıracaq. Hazırda üzərinizə düşən başlıca vəzifə münasibətlərə aydınlıq gətirməkdir. Həftə ərzində yalnız sağlıq durumunuza diqqət yetirməlisiniz. Fəaliyyətdə uğurlar və şəxsi büdcədə artım barədə isə narahatlıq yoxdur.

XƏRÇƏNG - Bu həftədən başlayaraq, Göy qübbəsinə sizin bürc hakimlik edəcək. Bu isə digər zodiak işarələri ilə müqayisədə sizin daha enerjili və daha perspektivli olacağınıza təminat verir. Bu arada əsasən işgüzar sövdələşmələrdə bəxtiniz gətirəcək. Ayın 26-da isə mübahisələrdən yayınmalısınız. Sevginizi büruzə verməyi bacarın.

ŞİR - Maraqlı həftə yaşayacaqsınız. Yeni insanlarla ünsiyyət, tanışlıq və perspektivli sövdələşmələr gələcəyə nikbin baxmağınıza səbəb olacaq. Vilayətlərdə yaşayan doğmalarınızla mümkün qədər əlaqə saxlayın. İş və maddi durum yol versə, ayın 23-də və ya 27-də səfərə çıxmaq olar. Çalışın ki, ay başa çatana qədər yeni təkliflərə razılıq verməyəsiniz.

QIZ - Pulla bağlı problemləri nəzərə almasaq, bu aralıqda hansısa çətinliyiniz olmayacaq. Bir qədər qənaətcil olun. İyunun 24-dən etibarən bəzi kəm-kəsir işləriniz qaydasına düşməlidir. Amma astroloji göstəricilər arabir sevgi ümmanına da baş vurmağınızı tövsiyə edir. Nəzərə alın ki, hazırda təkanverici qüvvəniz daha çox məhəbbətdir.

TƏRƏZİ - Bu həftə əsas vaxtınızı səhhətinizə yönəltməlisiniz. Çox güman ki, ötən həftələrdən yığılıb qalan ağrılarınız özünü qabardacaq. Odur ki, müalicəyə başlamağa dəyər. Çalışın ki, müayinə zamanı yalnız xalq təbabətindən istifadə edəsiniz. Ayın 25-də maraqlı təkliflər ala, 27-də isə varlana bilərsiniz. Odur ki, qarşınıza çıxan hər bir şansdan yararlanmağa çalışın.

ƏQRƏB - Şəxsi həyatınızın indiki mərhələsindən o qədər də razı deyilsiniz. Düşünürsünüz ki, sizin daxili aləminizi və bu dünyadan nə istədiyinizi heç kim başa düşmür. Amma yanlış düşünürsünüz. Bəlkə iç dünyanızı anlatmaqda özünüz zəiflik göstərirsiniz? Bax, bu kimi suallara cavab tapmaqla qarşınızda duran həftədən nəsə gözləyə bilərsiniz.

OXATAN - Təbiətdə baş verən iqlim və Zodiak dəyişkənliyi daha çox səhhətinizə təsir göstərə bilər. Bu səbəbdən də hər addımda özünüzə diqqət yetirməlisiniz. Ay bürcünüzdə olan günlərdə (23 iyun saat 23:11-dən 26 iyun saat 07:22-yə qədər) ağır fiziki işlərdən, riskli sövdələşmələrdən və uzaq səfərlərdən imtina edin. Özünüzü çoxbilmiş kimi göstərməyin.

OĞLAQ - Müqəddəs dinimizin şərtlərinə riayət etsəniz, qarşınızda duran bu maraqlı həftədən xüsusi zövq alacaqsınız. Fəaliyyətdə bir qədər passivlik müşahidə olunsa da, qarşılıqlı münasibətlərdə və şəxsi büdcəni artırmaqda hər şey normallaşacaq. Ayın 25-də isə mütləq müqəddəs ziyarətgahlara baş çəkin ki, daxili gərginlikdən qurtulasınız.

SUTÖKƏN - Hər mənada düşərli həftə demək olar. Çünki nəzərdə tutduğunuz planların böyük əksəriyyətini həyata keçirə biləcəksiniz. Üstəlik, maliyyə çətinlikləriniz də aradan qalxacaq. Üzərinizə düşən başlıca vəzifə mövqelərinizi qətiləşdirmk, tərəfdaşlarınızı sınamaq və yeni layihələri reallaşdırmaq üçün sövdələşmələr aparmaqdır.

BALIQLAR - Çərşənbə günündən başlayaraq şəxsi işlərinizdə əsaslı dönüşün baş qaldıracağını bildirən Göy qübbəsi ölçülü-biçili addımlar atmağınızı tələb edir. Yaxın adamlarla, qohum-qonşularla münasibətləri tənzimləməyə çalışın. İyunun 27-də şəxsi büdcənizdə artım gözlənilir. Qidanıza fikir verin.
Просмотров: 645 | Добавил: afgan73 | Рейтинг: 5.0/2
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: