02.49.39
Bu günümüz
"Millətin yaddaşı axtalanıb"
 
Keçmişi olmayanınsa, gələcəyi də yoxdur.
 
2006 cı ilin ən önəmli hadisələrindən biri türklüyün şah əsərlərindən hesab edilən və böyük ensiklopediyaçı alim Mahmud Kaşğari tərəfindən yazılan "Divanü-lüğət-it-türk" əsərinin dörd cilddə nəşri oldu. Bu işdə Mahmud Kaşğari Fondunun da böyük rolu oldu. Fondun icraçı direktoru Elxan Zal Qaraxanlı "Ekspress"ə müsahibəsində başçılıq etdiyi qurumun gördüyü işlər və gələcək fəaliyyəti barədə danışır. - Mahmud Kaşğarlı bütün türk xalqlarının özününkü hesab etdiyi və qürur duyduğu azman bir fikir adamıdır. Onun "Divan"ı, "Orxan-Yenisey yazıları", "Qudatqu bilik" və "Kitabi-Dədə Qorqud" kimi yazılı abidələrimizlə birgə türklər arasında müqəddəslik areolu qazanıb. O, bu abidəsi ilə təkcə özünü və mənsub olduğu Qaraxanlı soyunu deyil, həm də bütün türk millətini yüksəklərə qaldırıb. XI əsr Avropasında dühasının genişliyinə görə onunla müqayisə olunacaq bir kimsə yoxdur. Bu əsər həm də türk dilinə, türk mədəniyyətinə qoyulmuş bir abidədir. Gərək bu milləti Mahmud Kaşğarlı kimi sevəsən ki, belə əsərlər yarada biləsən. Görün əsər necə başlayır: "Tanrının inayəti ilə türk bürclərində doğdu və göylərin bütün dairələri onların mülkləri üzərində döndü. Tanrı onlara türk adını verdi və onları yer üzünə hakim etdi". Bizim üçün bundan böyük ideoloжi silah varmı? Sadəcə bu fikir hər bir türkün qafasına çatdırılmalıdır ki, o, özünün kim olduğunu, haradan gəldiyini dərk edə bilsin. Mənim "Savaş ayələri" kitabımda Mahmud Kaşğarlının qayələrinin poetik həlli cəhdidir. Mahmud Kaşğarlı budur. Onun adının enerжisi ümumtürk düşüncəsini bir mərkəz ətrafına yığmaq gücündədir. Onun adına mərkəz yaratmaq ideyasını mən görkəmli yazıçımız Anar müəllimin "Ağ qoç, qara qoç" əsərindən götürmüşəm. Mən bu təkliflə Anar müəllimin yanına getdim və o, belə bir mərkəzin yaradılması ideyasını dəstəklədi və hər cür kömək göstərəcəyini bildirdi. Amma mən onu Fondun sədri olmağa razı sala bildim. İndi qısa müddətdə gördüyümüz işlər göz qabağındadır. - Məsələn... - Biz Mahmud Kaşqarlı Fondunun yaranmasını elan edəndə Anar müəllim bildirdi ki, "Divan" Azərbaycanda nəşr olunmayınca geniş fəaliyyət göstərməyin heç bir mənası yoxdur. Buna görə əsərin Azərbaycanda nəşrini hazırlamaq üçün komissiya yaradıldı, buraya Nizami Cəfərov, Tofiq Hacıyev kimi görkəmli alimlər cəlb olundu. Onlar həm də Fondun İdarə Heyətinin üzvləridir. Anar müəllim tərcümə ilə bağlı danışıqları aparmağı mənə həvalə etdi. Ortada Besim Atalayın mükəmməl tərcüməsi vardı və onu Azərbaycan türkcəsinə çevirmək tələb olunurdu. Əlbəttə, bu çox vaxt və zəhmət istəyirdi. Mən əvvəlcə tanınmış alim Kamil Nərimanoğlu ilə görüşdüm. Amma o, indiki zamanda bu işə vaxtının olmadığını bildirdi. Sonra biz Ramiz Əsgərlə anlaşa bildik. Ramiz həmin dövrdə yalnız birinci cildi çevirmişdi və onu nəşr etdirə bilmədiyinə görə çox məyus idi. Biz onu Besim Atalayın nəşrini bütünlüklə çevirməyə razı sala bildik və o bu işin öhdəsindən ləyaqətlə gəldi. - Bəs Süleyman Dəmirəlin kitabın nəşrindəki rolu nədən ibarətdir? - Tərcümələr hazır olanda biz Ramiz Əsgərlə Anar müəllimin yanına gəldik. Anar müəllim nəşrə lazım olan vəsaiti tapacağını bildirdi. Amma Ramiz Türkiyəyə gedəndə Süleyman Dəmirəllə görüşüb ondan da kömək istədi və sayın Cumhurbaşqanı imkanlarını əsirgəmədi. Onun xahişi ilə "ATA Holdinq" şirkəti bu nəşrin rəsmi sponsoru oldu. Bizim üçünsə önəmlisi odur ki, bu möhtəşəm əsər Azərbaycanda çap olundu. - Siz başqa kitablar da nəşr edibsiniz... - Bəli. Mən Arif Əmrahoğlunun xahişi ilə Olжas Süleymanovun ən iri həcmli poetik əsəri "Gil kitab" poemasını dilimizə çevirdim və onu nəşr etdik. Bundan əlavə, çağdaş Türkiyə şairləri Ataol Bəhramoğlu, Çingiz Bektaş və Yahya Akınginin kitablarını dilimizə çevirib nəşr etdirmişik. Bunların hamısı çox qısa zaman kəsiyində olub və buraya cəlb olunmuş yaradıcı heyət pulsuz-parasız işləyib. Buna görə çevirmələrin çoxunu mən özüm etməyə məcburam. - Siz həm də Türk Törə Ocağının rəhbərisiniz. Biz hər il bu təşkilatın cəmiyyətimizə maraqlı və oriжinal mərasimlər və tədbirlər təklif etməsinə adət etmişik. Sizin Fonddakı fəaliyyətiniz və yaradıcı işiniz Törə Ocağının işini kölgələmirmi? - Mahmud Kaşğari Fondu Törə Ocağının davamıdır. Türk Törə Ocağı bir gənclik təşkilatıdır və onun məqsədi də unudulan adət və ayinlərin dirçəldilməsidir. Mən keçirdiyimiz müəyyən tədbirləri sadalamaq istəyirəm. "Erkenoqon günü", "Ziya Göy Alpı Anma" mərasimi, "Türkçülər günü", "İstambulun fəhi günü", "Heydər Əliyevin anım gecəsi", "Rəssam Yusif Mirzənin rəsm sərgisi", "Ozan şöləni" və s. Bundan əlavə, "Türk Törə Ocağı" "Alp" və "Bilgə" kimi fəxri adlar verir. Bizim mükafat nüfuzlu bir mükafat sayılır. Bizim laureatlar arasında Heydər Əliyev, Rauf Denktaş, Mustafa Krımoğlu, Nizami Cəfərov, Firudin Cəlilov, Qənirə Paşayeva, Zərnişan Azayeva, Elməddin Əlibəyzadə və s. kimi tanınmış şəxsiyyətlər var. Biz vəsaitlərimizin azlığına baxmayaraq, türklük qarşısında xidmətləri olan insanlara mükafatı ən prestiжli yerlərdə təqdim edirik. Bununla bərabər, biz xarici qrantlardan imtina etmiş yeganə təşkilatıq. Çətin də olsa hər şeyi öz imkanlarımız hesabına edirik və bundan da peşman deyilik. Çünki biz bu millətə, bu dövlətə xidmət edirik. Qaldı ki, Türk Törə Ocağının kölgələnməsi məsələsinə, hesab edirəm yaxın gələcəkdə onun fəaliyyəti ümumtürk miyasında hiss olunacaq. Olжas Süleymanov, Nizami Cəfərov kimi ümumtürk miqyasında tanınmış adamlar bu qurumda təmsil olunurlar. Biz Türkiyə Universitetləri Məzunları Birliyi ilə əlaqəli şəkildə işləyirik və bu birliyin sədri Çingiz Bayramov həm də Türk Törə Ocağının rəhbərlərindən biridir. Bundan əlavə, milli yönümlü gənclik təşkilatlarının əksəriyyəti Ocağı bir mənəvi mərkəz kimi qəbul edir. Amma Türk Törə Ocağı bir ideoloжi təşkilatdır, ideologiyanın sistemləşdirilmiş mexanizm halına gətirilməsi müəyyən vaxt və kadr potensialı tələb edir. Bu baxımdan Mahmud Kaşğarlı Fondunun ətrafında olan görkəmli fikir adamlarımızın bilgilərini Türk Törə Ocağı ilə koordinatlaşdırmaq bizə fayda verir. - Siz xarici qrantlardan imtina etdiyinizi bildirdiniz. Bəs gördüyünüz işlər üçün vəsaiti haradan tapırsınız? - Əlbəttə, bütün işlər pulla əmələ gəlir, quru entuziazmla çox gedə bilməzsən. Təəssüf ki, bizim ölkədə mesenatlıq ənənəsi yoxdur. Bizdəki xeyriyyəçilik də ya məcburi xeyriyyəçilikdir, ya da artistlikdir. Yəni, indiki para sahiblərimizin savadı və tərbiyə sistemi dövrün tələblərinə cavab vermir. Bunlar nə müsəlman kimi müsəlmandırlar, nə azərbaycanlı kimi azərbaycanlı, nə də avropalı kimi avropalı. Bildiyimiz kimi, kapitalizm protestant əxlaqından doğub və xristian xeyriyyəçiliyinə söykənir. İslamın əsas sütunlarından biri cəmiyyətin xeyrinə verilən zəkatdır. Türk törəsində də el yolunda para xərcləmək ən böyük savab sayılır. Azərbaycanda varlı adamlar çoxdur, ancaq onların əxlaqi keyfiyyətləri ilə sərvətləri ilə tərs mütənasiblik var. Buna görə də mənəviyyat və mədəniyyət sahəsinə, dövlət başçısının, onun ailəsinin nüfuz etməsi qaçılmazdır. Bir vaxtlar ümummilli liderimiz Heydər Əliyev iri dövlət məmurlarının məcburən mədəniyyət tədbirlərinə qatılmasına göstəriş vermişdi. Bu da öz effektini verdi. İndi yaradıcı insanlara, mənəviyyatımıza həssas yanaşanlar həmin məmur kontingentindən qalanlardır. Hesab edirəm, cənab prezidentin ümummilli liderimizin təcrübəsindən faydalanması pis olmazdı. Yalnız dövlət büdcəsinin və Heydər Əliyev Fondunun vəsaitləri hesabına biz istədiyimiz mədəniyyət dirçəlişinə nail ola bilmərik. Faktiki olaraq mədəniyyətimizin inkişafı iqtisadi inkişafdan çox geri qalır. Əsl inkişafdan isə bu sahələr arasında tarazlığın yaradılmasından sonra danışmaq olar. - İqtisadi inkişaf digər sahələri inkişaf etdirməyəcəkmi? - Millətin böyüklüyü onun parasının çoxluğu ilə deyil, mədəniyyətinin böyüklüyü ilə ölçülür. Bütün maddi sərvətləri yaradan insanlardır. Pul bizə texnologiyalar almaq imkanı verir, amma texnologiyaların tətbiqini insanlar həyata keçirir. Biz dünya səhnəsinə yenicə çıxmış qədim və böyük bir millətik. Millətimizin böyük bir hissəsi Azərbaycan Respublikasından kənarda yaşayır. Xarici ölkələrdə çoxsaylı Azərbaycan icmaları var. Bu insanları vahid bir amal uğrunda birləşdirmək üçün vahid ideoloжi sistem olmalıdır. Biz çoxəsrlik əsarət dövründə çox şeyləri itirmişik. Milləti bir yerə toparlayan nədir? Mərasimlər, bayramlar, adət-ənənə. Sonra gəlir ədəbiyyat, musiqi, sənətkarlıq və s. siyasi qərarla millət bir araya gəlməz. Millətin siyasətini onun ziyalı elitası yaradır, siyasətçilər ziyalıların yaratdığı siyasəti həgyata keçirənlərdir. Bu böyük alman sosioloqu Maks Veberin fikridir. - Bu mərhələdə ziyalılar nə etməlidir? - Ziyalılarımız tarix boyu nəyi edibsə, indi də onu etməlidir. Azərbaycan reallığı belədir ki, bizim əsrlər boyu dövlətimiz olmayıb. Xalqımız milli varlığını saxladığına görə daha çox şairlərə, aşıqlara, sənət adamlarına borcludur. Bizim dövlət başqa dövlətlər kimi hökmdarların ambisiyalarından yox, ziyalılığın arzularından doğub. Son nəticədə Heydər Əliyevin siyasi iradəsi hesabına dünya dövlətləri sırasında Azərbaycan adlı bir dövlət də dayandı. Amma bu dövləti dayanıqlı və uzunmüddətli etmək üçün onun altyapısı hazırlanmalıdır. Məsələn, bu günkü Bakının mərkəzi "Torqovı"dır. Amma gəlin görək burada Azərbaycanlılıqdan, millilikdən bir əalmət varmı? Az-çox rəssamların rəsm satdığı yerdə hiss edirsən ki, Azərbaycandasan. Ymumən, Azərbaycanın hər yeri bu gündədir. Millətin yaddaşı axtalanıb. Keçmişlə bağlı ölkədə demək olar ki, heç nə yoxdur - nə park, nə abidə, nə küçə. Bizim bu gün milli geyim adlandırdığımız paltar Stalinin eskizləri əsasında hazırlanıb. Oğuz xan, Alp Ər Tonqa, Bilgə Xaqan, Alp Arslan və s. kimi böyük şəxsiyyətlərimiz xalqın düşüncəsində yoxdur. Nədən Bakıda Orxan-Yenisey abidələrinin surəti ucaldılmasın. Ya Tanrıdağ və Ötükən Ormanı kimi müqəddəs yerlər burada abidələşməsin. Dünyanın ən qədim əlifbalarından olan türk yazısı, yəni runik yazılar nədən milli simvolikada öz əksini tapmasın. Əgər bu gün biz daha da qalxınmaq istəyiriksə, dərin köklər üzərində dayanmalıyıq. Olжas Süleymanov demiş: "Keçmişi olmayan xalqın gələcəyi də yoxdur".
 
Əfqan Nəsirli  "Express"  qəzeti


Просмотров: 751 | Добавил: natiq | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: