22.11.22
Çıxış
Cəmil Həsənli"Vəzifəli şəxslər ölkə daxilində müalicə almalıdırlar"


Millət vəkili Cəmil Həsənli: "Yalnız bu vasitəsilə insanların ölkə səhiyyəsinə inamı arta bilər"
"Tibb sahəsində son illər yeniliklərin həyata keçirilməsinə baxmayaraq, ölkə vətəndaşları səhiyyə xidmətləri üçün daha çox xarici ölkələrə üz tuturlar”. Bu sözləri millət vəkili Cəmil Həsənli açıqlamasında deyib. Ölkədə yeni tibb müəsissələrinin tikildiyini, bu sahə ilə bağlı ölkəmizə yeni avadanlıqların gətirildiyini xatırladan C.Həsənli söyləyib ki, ölkə vətəndaşlarının səhiyyə xidmətləri ilə bağlı digər ölkələrə getməsi orta təbəqənin vətəndaşlarını çıxılmaz vəziyyətə salır: "Belə olan halda onlar ya İrana, ya Türkiyəyə, ya İsrailə, ya da Rusiyaya gedir. Orta təbəqədən yuxarı məmurların xaricdə müalicə olunması çox pis göstəricidir. Bu eyni zamanda ölkənin tibb sahəsinə bir inamsızlıq aşılayır. Adi vətəndaş da hesab edir ki, onun dərdinə burada çarə olmayacaq. Bir tərəfdən bu etimadsızlığı, digər tərəfdən də tibb mütəxəssislərinin səviyyəsini qaldırmaq lazımdır. Məsələn hansısa bir rayonda gözəl bir xəstəxana tikilibsə və müasir avadanlıqla təmin olunubsa əgər o avadanlığı istifadə edən mütəxəssis yoxdursa o gərəksizdir. Bir neçə ildən sonra həmin avadanlıq gərəksiz dəmir yığınına çevriləcək. Ona görə də insan faktoru mühüm faktordur. Ölkənin intellektual potensialı hərəkətə gəlməlidir”.
Millət vəkili vurğulayıb ki, bir çox hallarda insanların cuzi xəstəklikdən ötrü xaricə getmək istəmələri onu heyrətə gətirir. "Azərbaycanda çox mükəmməl tibb potensial vardır. Bu necə olub ki, indi bu ölkənin içərisində mümkün ola biləcək şeylərdən ötrü vətəndaşlar digər ölkələrə üz tutmağa başlayıblar. Bunun qarşısını almağının əsas şərti vəzifəli şəxslərin ölkə daxilində müalicə almalarıdır. Yalnız bu vasitəsilə insanların ölkə səhiyyəsinə inamı arta bilər. Bu amil çox mühüm bir rola malikdir. Belə olan təqdirdə insanlar onlara baxıb öz xəstəliklərini ölkə kənarında deyil, burda müalicə edəcəklər”,- deyə millət vəkili vurğulayıb. İmkanlı şəxslərin xarici ölkələrə üz tutmasının səbəbinə gəlincə isə, C Həsənli bildirib ki, buna əsas səbəb daha keyfiyyətli, yüksək, etimadlı tibbi yardım almaqdır. Onun sözlərinə görə, bu problemin həllinin digər yolları ölkədə tibb personalının gücləndirilməsidir.
Просмотров: 588 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: