23.20.02
kriminal
qətlÜrəkləri çıxarılmış 12 meyit tapıldı


Son bir həftədə 2 oxşar qətl hadisəsi baş verib

Meksikanın turizm mərkəzi Kankun şəhərinin yaxınlarından işgəncə ilə öldürülən 12 nəfərin cəsədi tapılıb. Lent.az-ın "CNN”ə istinadən verdiyi məlumata görə, tapılan meyitlərin bəzilərinin ürəkləri çıxarılıb.
Polis cəsədlərin basdırılmış şəkildə aşkar olunduğu məlumatını verib. Meyitlərin bəzilərinin ürəkləri çıxarılıb, bəzilərinin isə sinələrində "Z” hərfi cızılıb. "Z” – Meksikada "Zetlər” adı ilə tanınan narkomafiyanın rəmzidir.
Bir həftə əvvəl də Kankun şəhəri yaxınlığında bir mağarada 6 meyit tapılmışdı. Həmin cəsədlərin də bəzilərinin ürəkləri çıxarılmış, sinələrinə "Z” hərfi cızılmışdı.
Просмотров: 596 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: