14.27.52
Mətbuat açıqlaması
asıq pəri məsclisi"Aşıq qadınların antologiyası”
kitabı nəşr olunacaq
Mayın 27-də Aşıq Pəri Məc­lisi-ozan sənətinin təbliği ic­ti­mai birliyi öz qərargahında mətbuat konfransı keçirdi. Konfransı giriş sözü ilə açan təşkilat rəhbəri iştirakçıları salamlayarq, onları 28 may-Respublika günü münasibətilə təbrik etdi. Sonra konfransın keçirilmə səbəbini açıqlayan sədr, bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşki­lat­larına Dövlət dəstəyi Şu­ra­sının maddi yardımı ilə Aşıq Pəri Məclisi-ozan sənətinin təbliği ictimai birliyi "Aşıq qadınların an­to­logiyası” kitabının nəşrinə başlayıb. Kitab 4 hissədən ibarət olacaq. 1-ci hissədə yaradıcılıqla məşğul olmuş şairə aşıqların şeirləri, 2-ci hissədə hazırda yaşayan yaradıcı aşıq qadınların əsərləri, 3-cü hissədə ifaçı aşıq qadınlar barədə məlumat, 4-cü hissədə isə aşıq qadınlara həsr olunmuş şeirlər və yazılar dərc ediləcək. Kitab iyun ayının sonuna qədər hazır olacaq və geniş təqdimat mərasimi ilə oxuculara təqdim olunacaq. Daha sonra söz alan məclis üzvü Maral Yıldırım bu kitabın nəşrinin vacibliyini vurğuladı və bunun milli dəyərlərimizin qorunub sax­lanmasında və inkişaf etdi­rilməsində böyük rolu olacağını dedi. Jur­na-lis­t-lərə mə­lumat verən təşkilatın mət­buat xidmətinin rəhbəri Zöhrə Xəlili bidirdi ki, bu il Aşıq Pəri Məclisinin 25 yaşı tamam olur. Bu yubiley Mə­dəniyyət və Turizm Nazirliyi tərəfindən yüksək səviyyədə qeyd olunacaq. Tədbirin sonunda aşıq və şairə qadınların ifasında müxtəlif saz havaları ifa olundu və şeirlər söylənildi.
Rakim SAKİTOĞLU
Просмотров: 618 | Добавил: afgan73 | Рейтинг: 4.0/3
Всего комментариев: 2
1 afgan73  
0
Çox gözəl fikirdir. İnanıram ki, Azərbaycan şifahi xalq ədəbiyatında qadınların rolu olduğunu bir daha təsdiq edəcək bir kitab ortaya qoyulacaq.

2 Asıqsevər  
0
Səbirsizliklə kitabın çıxmasını gözləyəcəyik.

00000
Имя *:
Email:
Kod *: