01.35.31
Münasibət
Bahar RüstəmliBahar Rüstəmli
SAZ VƏ SÖZ DAVASI
 
Yoxsa Zəlimxan Yaqub problemi?  

Aşıq Telli ilə Namiqin efirdəki qeyri-etik çıxışına Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub biganə qala bilmədi:
"Biz aşıq sənətini dünya səviyyəsinə qaldırmaq istəyirik, amma ucuz, yaramaz, xoşagəlməz, camaatın heysiyyatına toxunan adamlar var ki, aşıq sənətindən xəbəri olmaya-olmaya televiziya kanallarına çıxıb, ucuz şoulara qoşulurlar. Söhbət iki nəfərdən getmir. Ümumiyyətlə, bu gün aşıq sənətinin müqəddəsliyini, tarixini, kökünü dərk etməyən adamlar - həm dəvət edən, həm də dəvət olunanlar - bu sənətə dəxli olmayan şəxslər aşıq sənətini müzakirə edirlər. Bu da xalq arasında, rəsmi dairələrdə yaxşı qarşılanmır, eləcə də o sənəti gözəl bilən ziyalılara pis təsir edir".
Çox çəkmədi ki, Zəlimxan Yaqubun bu sözləri onu hədəfə çevirdi və "El içində" verilişinin aparıcısı şairin bostanını yenidən "daşladı". Sanki çoxdankı heyfini çıxırdı: "Zəlimxan Yaqubun sözü varsa, gəlsin, bu meydanda desin, orda-burda arxamızca danışmağın nə faydası? Efirdə, lazım olan yerdə danışa bilmirsə, gedib şairliyi ilə məşğul olsun". Qısası, aparıcı həm də dolaysı ilə demək istədi ki, Aşıqlar Birliyinə rəhbərlik Zəlimxan Yaqubun işi deyil.
Görəsən, artıq YUNESKO səviyyəsində təqdim edilən aşıq sənətimiz ATV-nin güzgüsündən niyə belə görünür? Elə əksər aşıqları düşündürən də məhz bu məsələdir. Amma son proseslər göstərir ki, ATV-nin hədəfində nə aşıq sənətidir, nə də onun təmsilçiləri. Deyilənə görə, onların əsas nişangahı Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubdur. Ќiyə məhz Zəlimxan Yaqub?
Axı, muğam ifaçıları arasında da özlərini apara bilməyənlər, savadsızlar, hətta dərs otağını masaj salonları ilə dəyişik salanlar yetərincədir. Elə o verilişin birində xalq bunun canlı şahidi oldu. Xalq artistləri muğam nəzəriyyəsinin mövcudluğunu belə dilə gətirə bilmədilər. Hətta o verilişin təkrarına yuxarıdan qadağa da qoyuldu. Aşıq sənətinə gəlincə, Zəlimxan Yaqub demiş, bildi-bilmədi, kim nə gəldi danışır. Ќə yuxarıdan qadağa var, nə də "Dur!" deyən.
Zəlimxan Yaqubun hədəfə alınmasının səbəblərinə gəlincə, sən demə, bunlardan biri də şairin efir vasitəsilə Borçalı aşıq məktəbini göylərə qaldırmasıdır. Bu isə Göyçə aşıq məktəbinin davamçılarına xoş gəlməyib. Bu səbəbdən də həmin elin bəzi saz və söz adamları Zəlimxan Yaquba qarşı birləşiblər. Hətta onu regionçuluqda da ittiham edirlər. Odur ki, aşıq Namiqi qabağa veriblər. O isə efirə çıxıb "Zəlimxan Yaqub, məni niyə dövlət tədbirlərinə dəvət etmirsən? Mənim Borçalı aşıqlarından nəyim əskikdir?",- deyib, Gədəbəy aşıqlarını da ona qarşı qaldırdı.
Sən demə, bu oyunlara səbəb həm də Zəlimxan Yaqubun bu il keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürmək istəyidir. Özü də Gədəbəydən. Hətta deyilənə görə, ona bu işdə yuxarıdan dəstək verənlər də var. Şairə qarşı "qara piar" kampaniyasının başında da əsasən mandat məsələsi durur. Amma Göyçə və Gədəbəydən olan bəzi aşıqlar xalq şairinin mandat ala bilməməsi üçün indidən səfərbər ediliblər.
Azərbaycan aşıq sənətinin problemlərinə gəlincə, sadalamaqla bitməz. Bunun başlıca səbəbi də aşıq məktəbinin elmi bazası və vahid tədris proqramının olmamasıdır. Yaxşı olardı ki, istər efirdə, istərsədə tribunalarda sənəti təbliğ edib pul qazananlar, bu məsələ barəsində də fikir mübadiləsi aparsınlar. Dalaşsınlar, vuruşsunlar, saçyoldusuna çıxsınlar, hətta lazım gəlsə, ANS-in "Qulp"undakı aşıq Yedigarı da diskussiyaya cəlb etsinlər. Təki aşıq sənətinin problemləri öz həllinə yaxınlaşsın.
Просмотров: 648 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: