19.00.56
Müsahibə
Ozan ArifOzan Arif:
Türk millətinin özü ozandır
Mən komminist Azərbaycana gələ bilməzdim

Onu da bir məqamda tuta bildik.
Bir zamanlar Türkiyənin fərqli bölgələrində türk-İslam ülgüsünü sovunan sazıyla-sözüylə milyonların ruhu coşdurub ayağa qaldıran Turan elinin bu gün tək, tənha ozanı Ozan baba Ozan Arifi xatırlayıram. Hər proqramında Türküstanın, Qafqazların - Çeçenistanın, uyğur türklərinin, Boskanın dərdini-sərini dilə gətirən, bas-bas bağıran bu ünlü kişiyə adam sənətkar deməyə dili gəlmir. Sənətkarlıq üstü bir vasfa, hala, şəxsiyyətə, kişiyə sahib olan Ozan Arif həqiqi bir "dava adamı" adını da qazanıb.
Onu Azərbaycanda görmək mənə qürur verirdi. Gördüm illər öz işini görməmiş deyil. Bir az da əsgidə olduğu kimi baxışlarının ağrılar, üzüntülər sarmalamışdı. Onun haqqında nələrsə yazmağa utanıram doğrusu. İnsan az bağlandığı ideyalarının necə savunar. Ozan Arif kimi! 10-15 dəqiqəlik bir zaman kəsiyindən istifadə edib onunla "Yenisey" üçün bir söhbət edə bildim. Keşkə bəzi insanların ynenə də gülməli durumu, bürokratik əngəllər bizim söhbət etməyimizə mane olmadı. Onun özü də bu vəziyyətdən çox pəcmürdə olmuşdu. Nə isə, biz öz işimizi gördük.
Xatırladaq ki, bu müsahibə 2003-cü ildə hazırlanmışdır.
- Xoş gəlmisiniz.
- Xoş bulduq.
- Azərbaycana neçənci gəlişinizdir?
- Ustad, Azərbaycana bu ilk gəlişimdir. Azərbaycan sevdası qəlbimdə əski olsa da, bu torpağa ayaq basmağım yenidir.
- Azərbaycandan başqa daha hansı türk ellərində olmusunuz?
- Turan ölkələrindən ilk gəldiyim məmləkət Azərbaycandır. Mən Azərbaycana ilk dəfədir gəlirəm. Daha Sovet imperiyasının zülmündən qurtulmuş türk ellərinin heç birisində olmamışam. Ancaq, bunun dışında dünyada nə qədər türklər yaşayan məmləkətlər var, hamısında olmuşam, hamısını gəzmişəm.
- Demək ki, Orta Asiyada, Türküstanda olmamısız?
- Xeyir. Dedim ki, bu ölkələrin dışında türklərin bulunduğu bütün məmləkətlərdə oldum, çaldım, oxudum.
- Sizin ya "Qarabağ, ya ölüm" türkünüz Azərbaycanda bəzi kəsimlərin dillərinin əzbəridir. Sizi bəlkə də elə bu türkünüzə görə çox tanıyırlar. Bu türkünü nə zaman yazmısınız?
- Qarabağ hadisələrinin ilk başladığı zaman Bürüqseldə bir mitinq düzənlədim. Düzənlədim deyirəm. O zaman Bürüqseldə müxtəlif türk təşkilatlarını bir araya gətirərək 65 minə yaxın insanı bir araya toplayaraq möhtəşəm bir mitinqdə türkülərimi oxudum, insanları bu olaya yönəltdim. İlk dəfə də bu türkünü orda oxudum. Qarabağ hadisəsi təzəcə alovlanmışdı. Səhv eləmirəmsə 1988-ci illərə təsadüf edirdi bu hadisələr. Elə deyilmi?
- Doğru söyləyirsiniz.
- Bundan sonra ilk getdiyim yerlərdə aşağı-yuxarı bu mövzunu gündəmə gətirdim, proqramlarımda Qarabağı anlatdım. Sonra kaset yaparkən kasetə də qoymağı uyğun gördüm. Yəqin ki, sizlərə də kaset vasitəsilə gəlmişdir. Bilmirəm, Brüsseldə mitinq düzənləyərkən orada çoxlu azəri türk qardaşlarım da vardı, ola bilsin bu türkünü ilk dəfə onlar Bakıya gətiriblər.
- Ustad, bildiyim qədərincə xəyallarınızda bir Azərbaycan vardı, indiyi gəlib gördüyün, gəzdiyin Azərbaycanla xəyallarınızdakı Azərbaycan arasında bir oxşarlıq varmı?
- Azərbaycanın daxilindəki sosial hadisələrə nüfuz edə bilmədim. Bir insanın boğazını sıxdığında ilk işi nə olursa, (yəqin ki, ciyərlərinə hava çəkmək ola bilər) mənim də ilk işim Azərbaycanı ciyərlərimə hava kimi çəkməkdir. Artıq burda nə tapmağımın heç bir önəmi yoxdur. Xəzəri qoxlayıram, insanlarını sevirəm, özümü kəndi torpaqlarımıda hiss edirəm. Bir insanın ayrılıb da illər sonra geri dönərkən nə hiss etdiyi varsa, mən indi həmin duyğuları yaşayıram. Bunlar mənim dünyada ən səmimi duyğularımdır, yaşantılarımdır.
- Bildiyimə görə bu gün Şamaxıda olmusunuz?
- Əvət, Şamaxıdaydım.
- Özünüzmü tərcih etdiniz ora getməyi, yoxsa arkadaşlarınız məsləhət bildi?
- Ordakı türbələri, qədim yerləri, yolun kənarındakı türk şəhidlərinin məzarını ziyarət etdim. Ermənilərin bombaladıqları camiyə vardım, o tərəfə doğru getdik. Zamanım olsaydı Azərbaycanı qarış-qarış gəzərdim.
- Ozan təxəllüsünü özünüzmü götürdünüz, yoxsa verilmədir?
- Ozan mənim təxəllüsümdür. Bizdə maxlas deyərlər. Sizdə nədir bilmirəm.
- Ustadınız olubmu?
- Ustadım oldu da, amma onunla uzun sürə bir bərabərliyim olmadı. Aşıq Əfkari vardı. Azərbaycan da aşıqlıq gələnəyinə yabancı deyil. Burda da ustad şəyirt ilişkisinin olduğunu bilirəm. Həmin Aşıq Əfkari ilə mənim də çox az bir ustad şəyirt münasibətlərim oldu. Bu işlə ilgili az da olsa feyizləndim. Ancaq mənə Ozan ismini orta məktəbdə oxuyarkən tarix müəllimim verib. Orta məktəbdəykən cənabi Allah mənə söz qoşmaq istedadını vermişdir.
- Sizin ozanlığınız və söz qoşma məharətiniz hardan gəlir. Dədə-babalarınızda bu hal görsənibmi?
- Ətrafdan. Bizim yörələrdə ozanlığa qarşı çox böyük bir ilgi, maraq vardı. Ən kiçik hadisələri belə dastana düzərlər. Birisi qəzaya düşsə, yaxud vurulsa həmən onunla ilgili ağıt yapılır, ya da şeirə hopdurulur. Mən uşaq ikən bu işlərlə məşğul olardım. Artıq böyüyüb ağlımız bir şey kəsəndən sonra kiçik dərdləri və hadisələri geriyə itələyib böyük dərdlərimizin və davalarımızın içində olduğumu gördüm. Qos-qocaman türk dünyasının dərdinin içinə girdikdən sonra heç gərəksiz işlərlə də məşğul olmağın mənasının qalmadığını gördüm. Böyük, qocaman davalarımız var.
- Bu gün siz türk dünyasının ən böyük və tək Ozanı sayılırsınız. Böyük sənətkarların, bilirsiniz, ən möhtəşəm əsərlərindən biri də özündən sonra bir şagird yetişdirməsidir. Elə bir şagird varınızmı? Yaxud bu barədə heç düşünmüsünüzmü?
- Mənim elə bir vəziyyətim, durumum olmadı. Mənim yaşadığım həyat tərzi də bu söylədiklərinizə uyğun deyil. Bu ancaq bir yerdə məskən tutarsınız, orada uzun müddət qalarsanız, oluşa bilər. Mən öncə kəndi Vatanımdan sürgün edildim. 11 il kəndi vatanıma girə bilmədim. O zaman Azərbaycan hələ öz azadlığına qovuşmamışdan qabaq dünyanın hər yerindəki türk insanlarının yanına varar, onların dərdini sazımla, sözümlə anlatırdım. Sadəcə, türklərə Azərbaycanda deyil, Kanadada, Nyu-Yorqda, Sidneydə rasladım. Dünyanın hər tərəfində türk var. Onlarla mümkün oluduğu qədərincə danışdım, dərdləşdim, həmhal oldum. Gücüm yetdiyi qədər onların dərdləri ilə dərdlənib, içlərindəki türklük ruhunu oyatmaqla, diri tutmaqla özlərini tanımaları üçün çaba göstərdim. Onun üçün də bu şərtlərlə özümdən sonra hər-hansı bir şagird yetişdirmə durumum olmadı. Bu millətin bağrından hələ minlərlə Ozan Ariflər qopacaqdır. Türk milləti bir mədəndir, türk millətinin özü Ozandır, bunu da söyləmiş olum. Əgər birisi türk övladıysa, damarında, ruhunda türklük sevdasına düşdüsə, o mütləq Ozan olacaqdır. Yəni bu bir duyğu selidir.
- Nəyə görə indiyə kimi Azərbaycana gəlməmisiniz?
- Belə bir şey var. İlk vaxtlar yəni, Azərbaycan müstəqilliyinə qovuşanda bura gələ bilərdim, amma təbbi ki, mən komminist Azərbaycana gələ bilməzdim. Bundan sonra Elçibəyin dəvəti oldu, ancaq bir əskiklik ucbatından gələ bilmədim. Sonra da Elçibəy gəlmə dedi, mənə, durumlar fərqli olduğundan. Daha sonra da Elçibəy Allahın rəhmətinə qovuşdu. İndi də sizlər - Azərbaycan türk dünyasının davasını savunanlar məni buraya dəvət etdilər. Mən də qəbul etdim. Əvvəllər də məni Azərbaycana dəvət edən olsaydı, məmnuniyyətlə gələrdim. Çünki Azərbaycan üçün ölürəm. Param da yoxdur ki, Azərbaycana gəlib də bir konser verəm. Bu da bir nəsib məsələsidir. Yenə də gələ bilərəm. Görünür Azərbaycanı görmək mənə inid qismətmiş.
- Arif bəy, izlədiyim qədərincə yaradıcılığında milli dəyərlərimizlə yanaşı dini dəyərlərimizə də çox önəm verirsiniz. Türkülərinizdə, söhbətlərinizdə, proqramlarınızda hər zaman bir müsəlman kimi danışırsınız.
- Bir milləti millət yapan hər cür bağları hər türk övladı içinə hopdurmalıdır. Bu bağları saydığımız zaman din bağı, qan bağı, tarix bağı, mədəniyyət bağı, Vətən bağı vardır və bu vətən bağı, qəlb bağı ən önəmli bağdır. Biz indi Kıprsı görürük. Orda yaşayanların dini, dili, tarixi bizimlə eynidir. Ancaq, bunların içərisində "rumlarla yaşamaq istəyirik", deyənlər də var. Amma bunlardan birisi bizdə əksik olarsa, xəstə bir uşağa bənzərik. Bu dəyərləri olduğu kimi oturtmağımız lazımdır. Təbii, o da mənim qardaşımdır. Məsələn qaqauz türkləri bizim qardaşımızdır. Allah köməyimiz olsun ki, onları da hidayətə qovuşduraq. Yəni, onlar - islamla şərəflənməmişsə, burda nə günahı var ki. Türkün cahan məfkurəsi türkün düşüncəsinin və qəlbinin içində yatan sirrdir, cövhərdir. O cövhər türk - islam ülküsüdür. Bu iki dəngə qaçınılmaz və önəmlidir. Birisi deyər ki, mən müsəlmanam, türklük önəmli deyil. Məncə, dinini və soyunu bilməyən hər kimsə bir piçdir, bir heçdir. Bu iş bu qədər bəsiddir. Türkün bu iki dəyəri gözəlcə anlaması, gözəlcə içinə oturtması lazımdır. Qutardı, getdi. Bunu mən Ozan Arif olaraq söylədiyimdən İmami Rəbbanilik etmirəm. Mənim də bir çox günahlarım ola bilər. Amma Allah onlardan da məni arındısın. Çox ideal insan olalım. Mənə görə türklüyün sevdası sadəcə, türkün yücəlməsi də deyil. İnsanlığa hüzür gətirə biləcək irk türk irkidir. Əgər təbib türksə, onun da ilacı dindir. Bu ilacı başqa bir təbib istifadə edə bilməz. Bunun mənşəyi Ərəbistan deyib də, oralarda gedib tapa bilməzsən. Elə bir şey yoxdur. Allah sanki türkü İslam üçün, İslamı da türk üçün dünyaya ərz etmişdir. Bir az ifadələrimdə irəli gedə bilərəm, amma bu dərəcə çox vacibdir.
- Göründüyü qədərincə sizin Türkiyədə Milliyyətçi Hərəkat Partiyası ilə aranızda çox böyük uçurumlar yaranıb. Bu nədən qaynaqlanır? Elə bir şey varmı?
- MHP deyincə siz bir partiyanı nəzərdə tutursunuz. Bu partiya ülküçü hərəkatın bir müəssisəsidir. Mənim türk-İslam ülküsünün siyasi müəssisəsiylə heç bir problemim ola bilməz. Amma bu gözəl dəyərlər adına bazarlıq yapanlarla heç vaxtı barışa bilmərəm və oturacaqları sayıları ilə doldurmuş insanların buraxdıqları səhvlərlədir mənim qovğam. Birisi Ozan Arifi sizə qovğalı bir insan olduğunu söyləyirsə, çox səhv edir. Demək ki, o, Azan Arifi başa düşmür. Bu saat Türkiyədə MHP başqanı ilə mənim heç bir şeyim bir deyildir. Mən bu fikrimi çəkinmədən açıq şəkildə söyləyirəm. Onlarla mənim heç bir ortaq yönüm yoxdur. MHP mənim babamdan çox sevdiyim Alparslan Türkeşin türk millətinə böyük bir ərmağanı idi. Mən də o yadigarın sahiblərindən biriyəm. Onu yaşatmağı özünə qayə və ülkü bilmiş kişilərdən birisiyəm. Yoxsa mənim MHP-yə nə küskünlüyüm ola bilər. MHP adına yanlış siyasətin qarşısındayam. Dilimin döndüyü qədər söylərəm. Bu mənim ürküçülüyümün də gərəyidir. Bu sözləri söyləməyə MHP-yə verdiyim hizmət məni vadar edir. Düşünürəm ki, hər şeyə haqqım çatır.
- Bu günkü türk milliyətçi gənclərinin vəziyyəti nə yerdədi? Yəni, bu gənclərin milliyətçi hədəfi sizi qane edirmi?
- Dünyada elə bir dəniz yoxdur ki, içinə pislik sular qarışmış olmasın. Orada da bəzən belə şeylər olur. Mən yenə də ümidsiz deyiləm. Bizlərin edə bilmədiklərimizi, həyata keçirəmədiklərimizi bizim ardımızca gələn sizlər edəcəksiniz. Türkiyədə də belədir, burda da belədir. Azərbaycanda bir, baxın, ətrafınıza, Türkiyədə də davamızın necə oldduğunu həmən başa düşərsiniz. Eyni ağrılar, eyni sancılar orda da var, burda da var.
- Ustad, bizə tövsiyyələriniz nədir?
- İdeallarınıza, ideyalarınıza, yüklərinizə ürəkdən sarılın. Böyük adam olmağın yolu böyük davalara hizmət etməkdən keçir. Adamının adamı deyil, inandığınız davanın, ideyanın adamı olun. Kiçik qapılardan girmək üçün əyilməyin. Boyunuza görə yürüyün. İşiniz boyunuzdan kiçik görünməsin. Mən inanıram ki, siz davanız uğrunda sonuna kimi mübarizə aparacaqsınız.
Təəssüf edirəm ki, sizinlə vaxt darlığından oturub geniş söhbətləşə bilmədik. Ayaqüstə də olsa, heç olmasa beş dəqiqə sənin qəlbini rahat edə bildim.
- Çox sağ olun. Azərbaycana gəlişiniz yetər.
- Həpinizi bağrıma basıram.
Söhbətləşdi X.T
Просмотров: 869 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: