23.30.55
Neft siyasəti
BPBP-yə gözlənilməz zərbə

Tərəfdaş şirkət Meksika körfəzindəki platformada baş verən qəzaya görə BP-ni günahlandırıb

Meksika körfəzində qəza baş vermiş "Deepwater Horizon” platformasında BP-nin tərəfdaşı olan və layihədə 25 faiz paya malik ABŞ-ın "Anadarko” şirkəti bəyanatla çıxış edib. Lent.az-ın "BBC”yə istinadən verdiyi məlumata görə, şirkətin yaydığı bəyanatda qeyd olunur ki, neft platformasında aprelin 22-də baş verən qəza BP-nin dumanlı qərarının və hərəkətlərinin nəticəsidir.
"Anadarko” bəyan edib ki, qəzanın qarşısını almaq olardı: "Biz Konqresdə bu həftə qəza ilə bağlı verilən informasiyalara qulaq asanda şoka düşdük. Çünki BP təhlükəsizliyə riayət etməyib və bir neçə ciddi siqnala diqqət yetirməyib. BP ciddi ehtiyatsızlığa yol verib, yaxud bilərəkdən səhlənkarlıq edib”.
BP isə bu ittihamı rədd edib.
Qeyd edək ki, "Anadarko” şirkəti "Deepwater Horizon” platforması ilə bağlı layihədə 25 faiz, BP 65 faiz, Yaponiyanın "Mitsui” şirkəti isə 10 faiz paya malikdir. ABŞ hökuməti isə az əvvəl BP-nin tərəfdaşlarının da dəymiş zərərə görə kompensasiya ödəməli olduğunu bəyan edib. "Anadarko” şirkətinin kompensasiya məsələsi gündəmə gələndən sonra bəyanat verməsi təsadüfi sayılmır.
Просмотров: 633 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: