23.23.28 Poeziya | |
Çarlz Bukovski
Demək yazar olmaq istəyirsən?
Hər şeyə rəğmən, o, daxilindən vulkan kimi püskürüb özünə yol açmasa, yazma. Çağrılmadan gəlməzsə ürəyindən düşüncəndən, ağzından və canından, yazma. Söz axtararaq, saatlarla oturub zilləməlisənsə gözünü bilgisayarın ekranına və ya yazı makinasının üzərində belini bükməlisənsə, yazma. Pul və ya şöhrət üçün yazırsansa, yazma. Yatağında qadınlar istədiyindən yazırsansa, yazma. Ağır işdirsə eləcə yazmağı keçirmək ağlından, yazma. Əyləşib təkrar-təkrar, yenidən yazmalısansa, yazma. Başqa birisi kimi yazmağa çalışırsansa, çıxart bunu yadından. Onun içindən gurultuyla çıxmasını gözləməlisənsə, o halda səbrlə gözlə. O, heç vaxt gurultuyla çıxmazsa, məşğul ol başqa işlə. Onu ilk öncə həyat yoldaşına, və ya qız dostuna, oğlan dostuna, və ya valideynlərinə və yaxud ümumiyyətlə oxumalısansa kiməsə, sən hazır deyilsən. çoxsaylı yazarlardan olma, özünü yazar adlandıran minlərlə insandan olma, maraqsız, bezikdirici və lovğa olma, xudbinlik hissi səni boğmasın. Dünya kitabxanaları Sənin kimilər ucbatından əsnəyə-əsnəyə dalıb yuxuya. Bunların sayını artırma. Yazma. O, ruhundan raket kimi fırlamazsa çölə, Sakit durmaq məcbur etməzsə səni dəliliyə və ya özünə sui-qəsdə və ya qətlə- yazma. Gerçək zamanı çatarkən və seçilmişsənsə sən, o, bunu özü edəcək. Və o, bunu sən və ya o, sənin içində ölənə kimi etməkdə davam edəcək. Bunun başqa yolu yoxdur. Və heç vaxt da olmayıb. | |
|
Всего комментариев: 0 | |