19.07.04
Qələbə
müharibəBöyük Qələbənin 65-ci anı
 
Əslində qələbə günləri çox olub. Lakin müasir nəslin yaddaşından hələ də silinməyəcək bu qələbəni artıq 65 ildir ki, qeyd edirik. Vaxtılə bu qələbə sovetlər ölkəsinə dünya siyasətində möhkəmlənmək şansı verib. Eyni zamanda insanlar həmin günü - 1945-ci ilin 9 Mayını xoşbəxtliyə gedən yolun başlanğıcı sayıblar. Hər ilin 9 Mayı insanların çal-çağırına bürünərdi. Qızıl meydanda keçirilən hərbi paradlar müharibə veteranlarını kövrəltsə də, dünyanın hərbi cəhətdən inkişaf etmiş ölkələrinə xəbərdarlıq mesajı olardı. Əslində qələbənin böyüklüyü ondaydı ki, mayın 9-da dünyada ağalıq etmək iddiası ilə az qala bütün Avropaya diz çökdürmüş alman faşizmi susdurulmuşdur. Başqa sözlə, müharibədə milyonlarla insan həlak olmuş, itkin düşmüş fiziki sağlamlığını itirmiş, şəhərlər, kəndlər dağıdılmış, bütövlükdə onlarca ölkə inkişafdan dayanmış, iflic vəziyyətinə düşmüşdü. Belə bir işğalçı ordunun darmadağın olunduğu gün nəinki keçmiş sovet respublikalarında, habelə alman faşizminin zərbini duymuş bütün ölkələrdə təntənə ilə qeyd olunur. Aradan uzun müddət keçsə də, müharibənin ağrı -acısı hələ də unudulmayıb. Viran edilmiş şəhərlər, kəndlər bərpa olunsa da, qəlb yaralarını, insanların mənəviyytaına vurulmuş ağır zərbələri hələ də sağaltmaq mümkün olmayıb. Başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da bu gün hələ də ər, qardaş, ata yolunu gözləyən insanlar var. Sayları getdikcə azalsa da, 1941-45 - ci illər müharibəsinin veteranları od-alovdan keçdikləri həmin günləri hələ də unutmayıblar. Yenə də hər ilin 9 Mayında bir - birini təbrik edir, xəyalən o illərə qayıdırlar. Sovet İmperiyası 1991-ci ildə ömrünü başa vurdu və müttəfiq respublikalar müstəqil dövlətlərə çevrildilər. Həmin dövrdə Azərbaycanda müharibə veteranlarına dövlət qayğısı demək olar ki, olmadı. Hətta 9 Mayın Qələbə günü kimi qeyd olunması da qadağan olundu. Bir tərəfdən də həmin ərəfədə ölkəmiz yeni müharibə alovuna bürünmüşdü. Ümummilli liderimzi H.Əliyevin hakimiyyətə qayıdışı bir çox sahələrdə olduğu kimi müharibə veteranlarına bəslənilən ögey münasibətə də son qoydu. Qələbə günü təntənə ilə qeyd olunmağa başladı. Bu onunla izah olunur ki, vaxtılə müharibə alovundan keçmiş insanlar siyasi oyunların, dəyişmələrin qurbanı olmamalıdır. Bu şəksizdir ki, qələbə insanlara həmişə qürur gətirir. Xüsusilə o qələbəni özün qazananda daha şirin olur. Bu gün ölkəmizdə qələbə sevincinə insanlar daha böyük ehtiyac duyurlar. Əlbəttə ki, söhbət işğal altında olan torpaqlarımızı azad edəcəyimiz günün qələbəsindən gedir. Qələbə soraqlı xoş günlərdə görüşmək ümidilə...
 
 Gülnar ABBASOVA
Просмотров: 592 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: