19.04.55
Siyasət
Qənirə Paşayeva"İslam sevgi, başqalarına hörmət dinidir"
Qənirə Paşayeva "Avropada İslam, İslamizm və İslamafobiya" adlı məruzə ətrafında geniş müzakirələrə qatılıb
Millət vəkili Qənirə Paşayeva AŞPA -da məruzəçi Moqens Jensenin hazırladığı «Avropada İslam, İslamizm və İslamafobiya» adlı məruzə ətrafında geniş müzakirələrə qatılıb. Müzakirələrdə BMT-nin "Mədəniyyətlər İttifaqı” üzrə Ali nümayəndəsi Jorge Sampaion da iştirak edib. Qaynar.info xəbər verir ki, Q.Paşayeva deyib ki, AŞPA Avropa məkanında dözümsüzlüyün artmasına, tolerantlığın azalmasına və ksenofobiyaya qarşı ciddi mübarizə aparmalıdır: "Avropa Şurası məkanında İslamafobiyanın artması hamımızı narahat etməlidir. Biz bunun səbəblərini təhlil etməli və onlara qarşı mübarizə aparmalıyıq. Görünən səbəbləndən biri odur ki, Avropa məkanında insanlar arasında islam dini ilə bağlı həqiqi biliklər, doğru biliklər tamamilə azdır. Bu baxımdan Avropada gənclərin xristian, islam və yəhudi dinləri ilə bağlı doğru məlumatlar əldə etməsi üçün səylərimizi gücləndirməliyik. Amma ən ciddi problem və təssüf doğuran odur ki, mənim Hollandiyalı həmkarım cənab Koksun da çıxışında dediyi kimi Avropa məkanında bəzi siyasətçilər, mətbuat və mediya qrumları və qeyri-hökumət təşkilatları da İslamafobiyanın artmasında böyük rol oynayırlar. Biz buna qarşı ciddi mübarizə aparmalıyıq. Ona görə də biz hökumətlərlə yanaşı, siyasətçilərə, qeyri-hökumət təşkilatlarına, mətbuat və mediya qrumlarına da çağırış edərək onları bu cür məsələlərdə diqqətli olmağa çağırmalıyıq".
Deputatımız deyib ki, bəzən Avropanın bəzi mediya və mətbuat orqanlarında habelə bəzi siyasətçilərin çıxışlarında belə ifadələr eşidirik: "İslam ekstremizmi". Bunlar çox yanlış ifadələrdir. İslam olan yerdə ekstremizm ola bilməz. Bu cür ifadələr işlətməklə milyonlanla müsəlmanın dini həssasiyyətlərinə toxunmaq doğru olmazdı. İslam dinindən bir az da olsun xəbəri olanlar, İslamın müqəddəs kitabı Quranı oxuyanlar bilir ki, İslam sevgi, başqalarına hörmət dinidir.
Qütübləşmənin simvolu halına gələn "biz və onlar” ayrımını ortadan qaldıracaq bir anlayışı əsas tutmalıyıq. Unutmamalıyıq ki, dözümsüzlüq qarşıdurmanı, çatışmanı doğurur. Bunun üçün atmamız gərəkən əsas addımlar tolerantlığı genişləndirmək, dialoqu genişləndirməkdir".
Qənirə Paşayeva deyib ki, təssüf ki, başqa millət və dinlərə qarşı dözümsüzlük, etnik təmizləmə siyasəti bəzi dövlətin dövlət siyasətinə çevrilib və bu bizim hamımızı narahat etməlidir. Onun sözlərinə görə, məhz bunun nəticəsi idi ki, 1988-ci ildə Ermənistan hökuməti etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları Ermənistandan öz ev-eşiyindən, öz yurd-yuvasından qovdu və bu gün orada bir azərbaycanlı belə yaşamır: "Məhz onun nəticəsi idi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirərək 1 milyon insanı öz ev-eşiyndən didərgin saldı, Ermənistan silahlı qüvvələri Xocalı şəhərində qətliam törətdilər. Amma bütün bunlara baxmayaraq Azərbaycanda erməni kilisəsinə toxunulmadı və bu gün də Azərbaycanda 30 min erməni yaşayır. Amma Ermənistanda və Ermənistanın işğal etdiyi Azərbaycan toraqlarında azərbaycanlılara məxsus camilər dağıdıldı, tarixi-mədəni abidələr məhv edildi və onların nə vəziyyətə salındığını göstərən foto və videoları maraqlanan hər kəsə göndərə bilərəm. Bunları ona görə deyirəm ki, biz bu cür hadisələrdən dərs çıxarmalı və harada baş verməsindən asılı olmayaraq bu kimi hallara və onu törədənlərə qarşı sərt mübarizə aparmalıyıq. Əks halda dünyada gərginliklər və çatışmalar daha da artacaq və biz gələcək nəsillərə daha pis bir dünyanı miras qoyacağıq.
Biz hamımızın Avropanın və dünyanın gələcəyi üçün «Mədəniyyətlər qarşıdurmasını ön plana atanlara "Mədəniyyətlər ittifaqı mümkündür” deməmiz və eyni zamanda bunun üçün dayanmadan çalışmamız gərəkir".
Просмотров: 661 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: