22.08.39
Şou-aləm
Firuzə İbadovaFiruzə İbadovanın da qızı boşandı!

Firuzə İbadova: "Mən qudamdan xahiş eləmişəm ki, gəl, bu evliliyə son qoyaq".

Əməkdar artist, sevilən sənətkar Firuzə İbadovanın qızı Hülya həyat yoldaşı Caviddən boşanıb. Sənətçi bu haqda məlumatı eksklüziv olaraq Milli.Az xəbər portalına verib: «Qızımın 23 yaşında boşanması məni çox göynədir, incidir. Bilirsiz, valideyn həyatda övlad üçün yaşayır. Qızım Hülyanın boşanması ilə bağlı ilk və son dəfə danışıram. Çünki bu söhbət məni ağır xəstəliyə sala bilər. Mən kürəkənimdən çox razıyam, tərbiyəli, yüksək mədəniyyətə malik insandır. Cavid iki yaşında olanda valideynləri Azərbaycanı tərk edib, xaricə köçüblər. O, burada yaşaya, işləyə bilmir. Kanadada yaşamağa alışıb. Qızım Hülya da xarici ölkədə yaşaya bilmir» - deyə Firuzə xanım məlumat verib.

"Qızım da, nəvəm də mənimlə yaşayırlar"

F.İbadova söylədi ki, qızı ilə kürəkəni ayrı yaşayırlar, amma hələ ki rəsmi nikahdadırlar: «Çünki kürəkənim hələ də boşanmaqla bağlı son qərarını verməyib. Deyir ki, boşanmaq istəmirəm, mən Hülyanı sevirəm. Azərbaycanda bu qədər qızın içində onu seçib, sevmişəm. Amma mən nə gizlədim? Bunlar qırılmış bir ailədir. Mən yalandan niyə deyim ki, qızım ailəsi ilə bir yerdədir?! Qızım da, nəvəm də mənimlə yaşayırlar. Hülya deyir ki, mən də istəməzdim, ayrılım. Uşağım öz atasının yanında böyüsün. Qızım deyir ki, indən belə ailə qurmayacam. Hazırda kürəkənimin anası Bakıdadır. Mən qudamdan xahiş eləmişəm ki, gəl, bu evliliyə son qoyaq.

"Qızımı xilas etmək üçün evimi satdım"

Hülya hətta uşağını burada - Bakıda dünyaya gətirdi. Qızımın vəziyyəti o dərəcədə pis idi ki, mən borca girdim, hətta evimi satdım ki, bircə balamı xilas edim. Bütün bunları həm övladım, həm də nəvəmin yolunda etdim. Allah bilir ki, Hülyanın üstünə nələr pullar qoyuldu ki, salamat uşaq dünyaya gətirsin. Uşaq qeysəriyyə əməliyyat ilə dünyaya gəldi. Fikirləşdim ki, təzə əməliyyatdan çıxan Hülya və yenicə doğulmuş körpə, mən bunları yenidən necə Kanadaya göndərim? Təzə qohumlarla bunun üstündə bir ay incikliyimiz oldu. Amma yenə münasibətimiz yerindədi. Bir-birimizə hörmətimiz var».
Firuzə xanım onu da söylədi ki, ayrılıqdan sonra kürəkəni istənilən vaxt qızı Höküməyə baş çəkmək imkanı qazanacaq: «Mən dünyaları verərdim ki, kürəkənim Azərbaycanda yaşayıb, işləsin, ailəsinin üstündə olsun”.

"Mən həyatda necə tək qaldımsa, qızım da elə olacaq"

Sənətçi qızının sanki onun həyatını təkrarladığını dilə gətirdi: «Yoldaşım rəhmətə gedəndə mən çox cavan idim. Ailə qura bilərdim, amma bunu etmədim. Mən sanballı bir insanla işlədim. 16 ildir, 17-ci ilə keçib. Cavanşir müəllimlə… Hətta təzə-təzə onu mənə yapışdırdılar da… Bu, mənə çox qəlb ağrısı verirdi. Cavanşir müəllim mənim qardaşımdır, başqa heç nə ola bilməz. Mən həyatda necə tək qaldımsa, qızım da elə olacaq. Mənim qızım başqa kişi görməyəcək. Ana gəzən ağacı, bala budaq-budaq gəzər. Hülya iki ay bundan əvvəl Kanadaya getmişdi. Oradan zəng eləyirdi, sms yazırdı ki, mən partlayıram, burada qala bilmirəm. İstəyirsən, mən ölüm? Deyirdi ki "Ana mən Azərbaycanan kənarda yaşaya bilmirəm". Qızımı ərə verdiymə görə çox peşmançılıq çəkirəm. Bilirdim ki, o, mənsiz orada qala bilməyəcək».

"Bu da Almaz Ələsgərovanın qızı deyil ki, ..."

Qızı haqqında gəzən xoşagəlməz şayiələrdən bərk qəzəblənən F.İbadova onların da cavabını verdi: «Şaiyələr gəzir ki, guya Firuzə İbadova qızına yalandan toy eləyib. Ay bu sözü çıxaran insanlar, niyə yalandan toy eləməliyəm? Hülya yaşı ötmüş qızıydı, ya ailə qurub, ayrılıb geri gəlmişdi? Ya da dəhşətli bir səhv eləyib, onu öldürməmək, əməlini ört-basdır eləmək üçün yalançı toy elədim? Nədi-nədi Hülyanı qız kimi evdən çıxarım?! Heç bir valideyn azyaşlı uşağı üçün yalandan toy eləməz. Bu da Almaz Ələsgərovanın qızı deyildi ki, dedilər yalandan toy eləyib qızına. 18-19 yaşında uşaq üçün yalandan toy eləmək olar? Çox xahiş edirəm, bu sualı yüksək vəzifəli insanlara da verin. Niyə onların qızlarının boşanmasını onlardan soruşmurlar? Soruşsunlar ki, niyə sizin qızınız ayrılıb, ikinci dəfə ailə qurub? Niyə bu sualı onlara verməkdən qorxururlar? Çünki onların pulu çoxdu? Amma mənim ərim, vuran-yıxan dayım, qardaşım yoxdu» - deyə F.İbadova əsəb və həyəcanını gizlətməyib.

Oxuculara xatırladaq ki, F.İbadovanın qızı Hülyanın 17 aprel 2008-ci ildə Bakıda təmtəraqlı toy mərasimi keçirilmişdi. Müğənni qızını toydan sonra Kanadaya yola salmışdı. F.İbadovanın nəvəsi Hökümənin iyunun 30-da 1 yaşı tamam olacaq.

Aytən
Просмотров: 1129 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: