02.03.25
Tariximizi yaşadanlar
Tofiq BəhramovGÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİMİZ
 
Tofiq Bəhramov



Tofiq Bəhramov 1925-ci il 29 yanvarda Bakıda anadan olub. Futbolçu karyerasına 1940-cı ildə başlayan T.Bəhramov əvvəlcə "Spartak"ın gənclərdən ibarət komandasında çıxış edib. Daha sonra isə "Neftyannik"ə dəvət olunub. Lakin onun futbolçu karyerası istədiyi kimi alınmayıb.
Ayağından aldığı zədə karyerasına erkən son qoyması ilə nəticələnib. Bununla belə, futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmaq istəməyib və hakim kimi bu idman növündə öz fəaliyyətini davam etdirmək qərarına gəlib.
1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alıb, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. O, Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci keçmiş ittifaq referisi olub.
T.Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb. Bundan başqa, Tofiq müəllim 1972-ci ildə Qitələrarası kubokun finalını ("Ayaks" (Hollandiya)- "İntependyente" (Argentina) idarə edib.
DÇ-1966-nın oyunları həmyerlimizi futbolla maraqlanan hər kəsə tanıtdırdı və Tofiq Bəhramovun adının tarixdə qalmasına şərait yaratdı. Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bildi. Həmin ərəfədə "Qızıl fit"lə yalnız baş hakimlər təltif olunurdu.
Tofiq Bəhramova bu oyundan sonra həmçinin, Böyük Britaniya kraliçasının özü «Qızıl ilahə» mükafatını təqdim edib.
Tofiq Bəhramov isə bu qarşılaşmada laynsman funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası "Qızıl fit"i və "Qızıl ilahə"nin kiçik modelini həmyerlimizə təqdim etmişdi. Bəhramov haqqında sənədli film də çəkilib.
Tofiq Bəhramovun futbolda xidmətləri çox olub. Elə ona görə də ölkənin bir nömrəli idman arenası - Respublika stadionu onun adını daşıyır. Stadionun girişində dünyada ilk dəfə mərhum hakimə abidə də ucaldılıb.
2004-cü il oktyabrın 14-də keçirilən abidənin açılış mərasimində FİFA prezidenti Yozef Blatter, UEFA-nın hazırkı prezidenti Mişel Platini, 1966-cı ildə Tofiq Bəhramovu məşhurlaşdıran qolun müəllifi Cefri Herst və AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyev iştirak etmişdi.
Dünya futbol tarixinə "Qızıl fit" almış yeganə laynsman kimi düşən Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.
Azərbaycan Futbol Federasiyası Assosisiyası yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışmışdır.
2004-cü ildə dünyada hakimlər içərisindən ilk dəfə məhz onun adına abidə ucaldılıb.
Просмотров: 632 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: