Bir az da gülək, güldürək, həm də düşündürək!!!

Yol polisiinin əməkdaşı maşını saxladıb sürücüyə yaxınlaşır. Baxır ki, sürücü hər əlində bir kitab tutub. Soruşur:

- O ... Davamını oxu
Baxılıb: 974 | Əlavə etdi: afgan73 | Tarix: 09.09.2010 | Şərhlər (0)

Günel Mövlud
Krişna həyəti və kahin həyatı 

Krişna məbədindən reportaj

Krişna təlimi bəlkə də yeganə ediqaddır ki, konkret millətlə assosiasiya olunur. Krişna deyən kimi, adamın ağlına alnına rəngli zolaqlar çəkilmiş kişilər, qaşlarının arası «bindi»li, rəngarəng sarilərə bürünmüş, göbəyi açıq qaraşirin qadınların, qızların, nəhəng fillərin, şən rəqslərin, gül girlyandlarının vətəni Hindistan gəlir. Elə buna görə də, paytaxtda artıq on ildən çoxdur ki, fəaliyyət göstərən Krişna məbədinə yaxınlaşanda özümü insanların ibadətə gəldiyi məkana deyil, Hind filmlərində görməyə adət elədiyimiz Maharacca imarətinə düşəcəyimi güman edirdim.

... Davamını oxu
Baxılıb: 812 | Əlavə etdi: afgan73 | Tarix: 25.08.2010 | Şərhlər (0)

Əfqan NƏSİRLİ

ALLAH


Yerini bilməsəm də,

Üzünü görməsəm də,
Özümü sevməsəm də,
Səni sevirəm, Allah.
Baxılıb: 801 | Əlavə etdi: afgan73 | Tarix: 25.08.2010 | Şərhlər (0)


Bakının mərkəzində naməlum kişi xüsusi amansızlıqla qətlə yetirilib
Bu, son iki gündə Bakı şəhərində baş vermiş üçüncü qətl hadisəsidir. 
Bakının mərkəzində dəhşətli qətl hadisəsi törədilib. Bu barədə APA-ya Səbail rayon Prokurorluğundan bildirilib.

Hadisə bu gün 17.00 radələrində, Neftçilər prospekti 59 ünvanında, hazırda istifadədə olmayan, Hərbi Komissarlığın keçmiş binasında qeydə alınıb. Şəxsiyyəti hələlik istintaqa məlum olmayan 30-35 yaşlarında naməlum kişi çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Hadisə yerinə Səbail rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Hadisənin hansı şəraitdə və k ... Davamını oxu
Baxılıb: 648 | Əlavə etdi: afgan73 | Tarix: 12.08.2010 | Şərhlər (0)


İlahi, bu gün məni Öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et!!!

2 Ramazan 1431 – 12 avqust 2010

İmsaq: 05.30
İftar: 20.58

2-ci günün duası: "Allahummə qərribni fihi ila mərzatik.Və cənnibni fihi min səxətikə və nəqəmatik.Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin”.

İlahi, bu gün məni Öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi!

Ayə: "(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər”. /Bəqərə-186/

Hədis: "Sizin aranızda ən yaxşıları Quranı öyrənən və öyrədəndir”.
... Davamını oxu
Baxılıb: 737 | Əlavə etdi: afgan73 | Tarix: 12.08.2010 | Şərhlər (0)

FutbolNeftçi" PFK mövsümlərarası fasilədə transfer çalışmalarını davam etdirir
 
Flaqman heyətə daha bir futbolçu cəlb edib. Belə ki, Unibank Premyer Liqasının 2009/10 mövsümündə 16 qolla bombardir olan Fərid Quliyev "Neftçi"yə transfer olunub. Milli komandamızın da şərəfini qoruyan 24 yaşlı hücumçu ilə 1 illik müqavilə bağlanılıb.
Xatırladaq ki, "Neftçi" PFK Fərid Quliyevdən öncə makedoniyalı Slavko Georgievski, braziliyalılar Denis Silva, Alessandro Viana da Silva, eləcə də Rauf Mehdiyevi transfer edib ... Davamını oxu
Tikilib: Şəkil 1
Baxılıb: 643 | Əlavə etdi: natiq | Tarix: 28.06.2010 | Şərhlər (0)

G'ncl'rGƏNCLƏR YOLDAŞLIQ OYUNU KEÇİRİB
 
Almaniyanın Duysburq şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib. Yığmamız «SV Essen» klubunun nəzdindəki müvafiq yaş qrupundan ibarət komanda ilə qarşılaşıb. Oyun 3:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolları Orxan Əliyev, Namiq Ələsgərov və Nurlan Əhmədov vurublar.
Xatırladaq ki, yığmamız bundan əvvəlki yoldaşlıq oyununda «PSV Vesel» komandasına 5:0 hesabı ilə qalib gəlmişdi.
Tikilib: Şəkil 1
Baxılıb: 644 | Əlavə etdi: natiq | Tarix: 28.06.2010 | Şərhlər (0)

Georgi Nikolov daha bir həmyerlisini «İnter»ə gətirdi

UEFA Çempionlar Liqasının oyununa hazırlaşan Bakının «İnter» klubu növbəti transferini rəsmiləşdirib. Qol.Az-ın Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan çempionu «Liteks»in və Rumıniya «Styaua»sının keçmiş futbolçusu Jivko Jelevlə müqavilə imzalayıb.
J.Jelev «İnter»in şərtlərindən razı olduğunu deyib. «Çempionlar Liqasında iştirak edəcəyimdən məmnunam» deyə o bildirib.
Baxılıb: 631 | Əlavə etdi: natiq | Tarix: 28.06.2010 | Şərhlər (0)

məşqçiBavariya”nın məşqçisi "Bakı”da!

"Bakı” klubunun fiziki hazırlıq üzrə yeni məşqçisinin adı məlum olub. Qol.Az-ın klubun rəsmi saytına istinadın verdiyi məlumata görə, baş məşqçisi Vinfrid Şeferin istəyinə uyğun olaraq bundan sonra futbolçularıın funksional hazırlığına Haunstein Norbert cavabdehlik daşıyacaq. Məşqçi dünən komanda üzvlərinə təqdim olunmaqla yanaşı, həm də ilk məşqinə çıxıb.
 56 yaşlı Norbert kifayət qədər zəngin məşqçilik karyerasına malikdir. Almaniyalı mütəxəssis ölkəsinin ən tanın ... Davamını oxu
Tikilib: Şəkil 1
Baxılıb: 601 | Əlavə etdi: natiq | Tarix: 28.06.2010 | Şərhlər (0)

APO ÖcalanÖcalan'ın 'karakutusu' konuştu

Öcalan'ın 'sağ kolu' olarak bilinen Hüseyin Yıldırım'dan şok açıklamalar.

Avukat Hüseyin Yıldırım, 1988'de Bekaa Vadisi'ne giderek Öcalan'ın yanında yer aldı. Bir dönem terör örgütü elebaşısı Abdullah Öcalan'ın 'sağ kolu' olarak biliniyordu
Öcalan için Avrupa'da lobi faaliyetleri yapan Yıldırım, örgütün Avrupa sorumlusu olarak tanındı. Bir süre sonra fikir ayrılığına düşerek İsveç'e yerleşti. Halen İsveç'te yaşayan Yıldırım, Cihan Haber Ajansı'na konuştu.
Açılımdan terör saldırılarına, Ergenekon'dan BDP'ye dair çok önemli açıklamalarda bulundu. Hükümetin demokratik açılım paketinin gerçekleşmesi halinde ülke ... Davamını oxu
Baxılıb: 637 | Əlavə etdi: natiq | Tarix: 27.06.2010 | Şərhlər (0)

"Millətin yaddaşı axtalanıb"
 
Keçmişi olmayanınsa, gələcəyi də yoxdur.
 
2006 cı ilin ən önəmli hadisələrindən biri türklüyün şah əsərlərindən hesab edilən və böyük ensiklopediyaçı alim Mahmud Kaşğari tərəfindən yazılan "Divanü-lüğət-it-türk" əsərinin dörd cilddə nəşri oldu. Bu işdə Mahmud Kaşğari Fondunun da böyük rolu oldu. Fondun icraçı direktoru Elxan Zal Qaraxanlı "Ekspress"ə müsahibəsində başçılıq etdiyi qurumun gördüyü işlər və gələcək fəa ... Davamını oxu
Baxılıb: 747 | Əlavə etdi: natiq | Tarix: 27.06.2010 | Şərhlər (0)


Ramiz Rövşən
 
BRamiz Rövşənu qara taxtanı nədənsə ağnan yazırlar…..
Qara taxta, qara üzün
kimlərin üzünü gördü.
Kimlər iz qoydu üzündə,
silindi kimlərin izi.
Qara taxta, qara üzün
kimlərin üzünü gördü.
De, neçə göz baxıb, sənin
ağ yazdı qara üzünə.
Sən ilk sevgim deyildin,
amma sevmişdim səni.
Əllərimi titrəyə - titrəyə tutuşunu,
gözlərimə ürkək - ürkək baxışını
sevmişdim……..
Sən son sevgim də olmadın,
unuduldun…..
Bilmirəm niyə? ... Davamını oxu
Baxılıb: 714 | Əlavə etdi: natiq | Tarix: 27.06.2010 | Şərhlər (1)

Firuzə İbadovaFiruzə İbadovanın da qızı boşandı!

Firuzə İbadova: "Mən qudamdan xahiş eləmişəm ki, gəl, bu evliliyə son qoyaq".

Əməkdar artist, sevilən sənətkar Firuzə İbadovanın qızı Hülya həyat yoldaşı Caviddən boşanıb. Sənətçi bu haqda məlumatı eksklüziv olaraq Milli.Az xəbər portalına verib: «Qızımın 23 yaşında boşanması məni çox göynədir, incidir. Bilirsiz, valideyn həyatda övlad üçün yaşayır. Qızım Hülyanın boşanması ilə bağlı ilk və son dəfə danışıram. Çünki bu söhbət məni ağır xəstəliyə sala bilər. Mən kürəkənimdən çox razıyam, tərbiyəli, yüksək mədəniyyətə malik insandır. Cavid iki yaşında olanda valideynləri Azərbaycanı tərk edib, xaricə köç ... Davamını oxu
Baxılıb: 1125 | Əlavə etdi: afgan73 | Tarix: 26.06.2010 | Şərhlər (0)

ŞuşaQARABAĞ: ETİMOLOGİYASI, ƏRAZİSİ VƏ SƏRHƏDLƏRİ
 
Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki "qara" və "bağ" sözlərindən əmələ gəlmişdir. "Qara" və "bağ" söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi "Qarabağ" sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən!) işlənmiş ... Davamını oxu
Baxılıb: 738 | Əlavə etdi: afgan73 | Tarix: 26.06.2010 | Şərhlər (0)

Tofiq BəhramovGÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİMİZ
 
Tofiq Bəhramov



Tofiq Bəhramov 1925-ci il 29 yanvarda Bakıda anadan olub. Futbolçu karyerasına 1940-cı ildə başlayan T.Bəhramov əvvəlcə "Spartak"ın gənclərdən ibarət komandasında çıxış edib. Daha sonra isə "Neftyannik"ə dəvət olunub. Lakin onun futbolçu karyerası istədiyi kimi alınmayıb.
Ayağından aldığı zədə karyerasına erkən son qoyması ilə nəticələnib. Bununla belə, futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmaq istəməyib və hakim kimi bu idman növündə ... Davamını oxu
Baxılıb: 628 | Əlavə etdi: afgan73 | Tarix: 26.06.2010 | Şərhlər (0)

Aşıq XanlarƏkbər QOŞALI
LEYLİ, LEYLİ, LEYLİ, LEYLİ!

(Aşıq XANLARın (Xanlar Məhərrəmovun) 60 illiyinə)
...Mən onu Leyli deyən görmüşdüm! Leyli adı (sözü), Leyli çağrısı – yüzillərin o üzündən gələn bu nida, ta uşaqlığımızdan qulaqlarımıza, yaddaşımıza hopub, səhra küləyi kimi bizi hər yerdə haqlayıb təbii; ancaq məhz Xanlar, Leylini qəzəl-qəsidə, poema Leyliliyindən, bəlkə ərəb qiyafəsindən, səhra məkanından çıxarıb doğma bir Leyliyə çevirdi... Onun Leylisin ... Davamını oxu
Baxılıb: 886 | Əlavə etdi: natiq | Tarix: 25.06.2010 | Şərhlər (0)

Ozan ArifOzan Arif:
Türk millətinin özü ozandır
Mən komminist Azərbaycana gələ bilməzdim

Onu da bir məqamda tuta bildik.
Bir zamanlar Türkiyənin fərqli bölgələrində türk-İslam ülgüsünü sovunan sazıyla-sözüylə milyonların ruhu coşdurub ayağa qaldıran Turan elinin bu gün tək, tənha ozanı Ozan baba Ozan Arifi xatırlayıram. Hər proqramında Türküstanın, Qafqazların - Çeçenistanın, uyğur türklərinin, Boskanın dərdini-sərini dilə gətirən, bas-bas bağıran bu ünlü kişiyə adam sənətkar deməyə dili gəlmir. Sənətkarlıq ... Davamını oxu
Baxılıb: 866 | Əlavə etdi: afgan73 | Tarix: 25.06.2010 | Şərhlər (0)

Bahar RüstəmliBahar Rüstəmli
SAZ VƏ SÖZ DAVASI
 
Yoxsa Zəlimxan Yaqub problemi?  

Aşıq Telli ilə Namiqin efirdəki qeyri-etik çıxışına Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub biganə qala bilmədi:
Baxılıb: 643 | Əlavə etdi: afgan73 | Tarix: 25.06.2010 | Şərhlər (0)

NaziləNazilə GÜLTAC
 
 ÇOVĞUN

(hekayə)
 
Bu gün o çox narahat görünürdü.Tənhalıq və o illərin yorğunluğu ağır qurğuşun tək sanki çiyinlərindən asılmışdı. Otaq bumbuz idi. Yatağından qalxmaq istədi Elə bil vücudu çarpayıya yapışmışdı. Bayaqdan bəri telefonun zəngi otağı başına götürmüşdü. Bu səs bir anlığa ... Davamını oxu
Baxılıb: 688 | Əlavə etdi: afgan73 | Tarix: 25.06.2010 | Şərhlər (0)

Iran silahıİran savaşa hazırlaşır


BMT Təhlükəsizlik Şurası, Avropa Birliyi atom – nüvə proqramı ilə bağlı İslam Respublikasına qarşı sanksiya qəbul etdikdən sonra əsas məsələ həmin yasaqların icrasıdır.

Qeyd edək ki, hadisələrin inkişafı üç qətnamənin icrasında ciddi problemlərin olduğunu sübut edir. Əks halda 4-cüyə ehtiyac duyulmazdı.
Bu baxımdan sonucu qətnamədə prezident Mahmud Əhmədinejadın dediyi kimi «İran üçün kağız parçası» olsa, o zaman, 5-ci və s. qətnamə qəbul ediləcək. Beynəlxalq ictimaiyyətin bu sayaq davranışı isə perspektivdə İranın atom-nüvə silahı və ya ona yaxın bir mövqe əldə etməsi ilə yekunlaşa bilər.
Amerikalılar 4-cü qətnamənin qəbulu olunmas ... Davamını oxu
Baxılıb: 585 | Əlavə etdi: afgan73 | Tarix: 25.06.2010 | Şərhlər (0)

Əfqan NəsirliƏfqan Nəsirli
 
 TƏRSLİK
        (Proza)
 
O gün bərk əsəbiləşdim. Sanki ürəyimdə nə tutmuşdumsa, bütün işlərim tərsinə oldu. Hər görəcəyim ... Davamını oxu
Baxılıb: 942 | Əlavə etdi: afgan73 | Tarix: 24.06.2010 | Şərhlər (2)

Ceyhun MusaoğluHəmişə qəbiristanlığa qayıdan adam


Elçibəy haqqında yazmaq da olmur, yazmamaq da. Qəribədir ki, həmişə obyektiv insan kimi təqdim və təbliğ olunan bu şəxsi cəmi iki dəfə: olum və ölüm günündə yada salanda belə, tərəfsiz olmaq mümkün deyil. Onu tərifləyəndə ifrat barmağını basıb oxucunun gözünü deşir, onu pisləyəndə isə oxucu barmağını sənin gözünə soxur. Tanıya bildiyimiz adam deyil Elçibəy. Tanıtdıra bildiyimiz adam da olmadı.
Hərdən adama elə gəlir ki, Elçibəy ümumiyyətlə doğulmayıb. O, görmədiyi bircə işlə gördüyü bütün işlərin üstündən xətt çəkdiyindən yaddaşımızdan tamamilə silinib. Elə silinib ki, sanki orda yerli-dibli Elçibəy olmayıb. Bəlkə də bel ... Davamını oxu
Baxılıb: 576 | Əlavə etdi: afgan73 | Tarix: 24.06.2010 | Şərhlər (0)

Qənirə Paşayeva"İslam sevgi, başqalarına hörmət dinidir"
Qənirə Paşayeva "Avropada İslam, İslamizm və İslamafobiya" adlı məruzə ətrafında geniş müzakirələrə qatılıb
Millət vəkili Qənirə Paşayeva AŞPA -da məruzəçi Moqens Jensenin hazırladığı «Avropada İslam, İslamizm və İslamafobiya» adlı məruzə ətrafında geniş müzakirələrə qatılıb. Müzakirələrdə BMT-nin "Mədəniyyətlər İttifaqı” üzrə Ali nümayəndəsi Jorge Sampaion da iştirak edib. Qaynar.info xəbər verir ki, Q.Paşayeva deyib ki, AŞPA Avropa məkanında dözümsüzlüyün artmasına, tolerantlığın azalm ... Davamını oxu
Baxılıb: 656 | Əlavə etdi: afgan73 | Tarix: 24.06.2010 | Şərhlər (0)

Ramiz MehtiyevRamiz Mehdiyev: "Ali məktəb məzunlarının heç də hamısının bilik səviyyəsi günün tələblərinə cavab vermir"

"Hələ də ali məktəblərdə ictimai elmlərin tədrisi ilə bağlı tələb olunan dönüş yaranmayıb”.

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iştirakı ilə ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə açan Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 2010-cu il 10 fevra ... Davamını oxu
Baxılıb: 618 | Əlavə etdi: afgan73 | Tarix: 22.06.2010 | Şərhlər (0)

SiğəBakıda siğə sövdələşmələri
Mollanın mənə yazıb verdiklərindən məlum oldu ki, siğə etdirəcəyim qadının öz ərindən boşanmasından ən azı 3 ay 10 gün vaxt keçməlidir 


21-ci əsrdə Bakının mərkəzində bir kişi bir qadını özünə siğə, yəni müvəqqəti arvad etdirə bilərmi? Mən də inanmırdım. Siğələrlə bağlı redaksiya tapşırığı alanadək.
Paytaxtda - metronun Nizami stansiyasının yanındakı Hacı Sultanəli məscidində bir molla ilə siğə sövdələşməsinə başlayanda məlum oldu ki, mənim bir qədər sıxıla-sıxıla və asta səslə danışdığım məsələni həmsöhbətim çox adi qarşılayır. Mən bu şəhərdə bu məscidə bu məsələ ilə ... Davamını oxu
Baxılıb: 724 | Əlavə etdi: afgan73 | Tarix: 22.06.2010 | Şərhlər (0)

İradə Aytelİradə AYTEL
 
Qanlı öpüşlər
 
Əlləri, dodaqları, pərişan saçları, çılpaq bədənini gizlədən qırmızı xalatı, bir vaxtlar dəli sevginin istiliyində isinən, «alışan», «yanan», qırmızı güllü balışı, elə həmin güllərə qərq olmuş yorğanı, döşəyi, hətta, döşəmə də qıp-qırmızı qana boyanmışdı. O, isə ağlamır, qanlı dodaqları ilə sevgilisinin artıq buza ... Davamını oxu
Baxılıb: 1223 | Əlavə etdi: afgan73 | Tarix: 22.06.2010 | Şərhlər (1)

S'buhi M'mm'dliAstroloji proqnozu Səbuhi Rəhimli təqdim edir

(21-27 iyun 2010 cu il)


QOÇ - İxtiyarınızda olan bu füsunkar həftə sizin üçün müəyyən mənada gərginliklə müşahidə olunacaq. Bu, daha çox fəaliyyət zəminində baş verə bilər. Odur ki, əsas vaxtınızı istirahətə həsr edin. Ulduzlar ayın 25-də müqəddəs ziyarətgahlara baş çəkməyinizi məsləhət görür. Yaşca özünüzdən böyük insanların məsləhətinə qulaq asın.

BUĞA - Ötən həftədən davam edən maliyyə çətinliyiniz bu ərəfədə də davam edə bilər. Odur ki, çıxılmaz vəziyy ... Davamını oxu
Baxılıb: 641 | Əlavə etdi: afgan73 | Tarix: 21.06.2010 | Şərhlər (0)

Cəmil Həsənli"Vəzifəli şəxslər ölkə daxilində müalicə almalıdırlar"


Millət vəkili Cəmil Həsənli: "Yalnız bu vasitəsilə insanların ölkə səhiyyəsinə inamı arta bilər"
"Tibb sahəsində son illər yeniliklərin həyata keçirilməsinə baxmayaraq, ölkə vətəndaşları səhiyyə xidmətləri üçün daha çox xarici ölkələrə üz tuturlar”. Bu sözləri millət vəkili Cəmil Həsənli açıqlamasında deyib. Ölkədə yeni tibb müəsissələrinin tikildiyini, bu sahə ilə bağlı ölkəmizə yeni avadanlıqların gətirildiyini xatırladan C.Həsənli söyləyib ki, ölkə vətəndaşlarının səhiyyə xidmətləri ilə bağlı digər ölkələrə getməsi orta ... Davamını oxu
Baxılıb: 584 | Əlavə etdi: afgan73 | Tarix: 21.06.2010 | Şərhlər (0)

Gi de Mopassan
Kəndə səfər
Tərcümə: Hamlet Qoca
 
Beş aydan bəri Düfurlar ailəsi xanım Düfur Petrolinin ad günündə Paris ətrafındakı mənzərəli yerlərdən birində nahar et- məyi qərara almışdı. Səfəri çoxdan, səbirsizliklə gözləyirdilər, tə’yin olunmuş günün səhəri hamı erkən qalxmışdı. Cənab Düfur süd satanın arabasını kirayə götürmüşdü, özü sürürdü. Araba iki təkərli idi, tərtəmizdi. Üst örtüyü dörd dəmir dayağın üzərinə bərki ... Davamını oxu
Baxılıb: 723 | Əlavə etdi: afgan73 | Tarix: 21.06.2010 | Şərhlər (0)

Əməvi dövlətiƏMƏVİ HÖKMƏTİNİN TƏHLİLİ
Gördüyünüz kimi, Üməyyə ibn Əbdüş-şəmsin nəvəsi Müaviyə ibn Əbu Süfyan hicrətin 41-ci ilində özünü müsəlmanların xəlifəsi adlandıraraq özündən sonra oğlu Yezidi vəliəhd tə’yin etdi. Yezidin ardınca isə 2-ci Müaviyə çox qısa müddətdə hakim oldu və o, öldükdən sonra Süfyani sülaləsinin xilafəti sona çatdı. Şam camaatı Mərvan ibn Həkəm ibn Əbul A’s ibn Üməyyə ibn Əbdüş-şəmsə bey’ət etdilər. Mərvanın övladları hicrətin 132-ci ilinə qədər xilafətə sahib oldular. Bu sülalənin axırıncı xəlifəsi Himar ləqəbli Mərvan ibn Məhəmməd Abbasilərin qiyamı nəticəsində qətlə yetirildi. Beləliklə, Üməyyə sülaləsinin hakimiyyəti sona yetdi.
... Davamını oxu
Baxılıb: 715 | Əlavə etdi: afgan73 | Tarix: 21.06.2010 | Şərhlər (1)

müharibəBöyük Qələbənin 65-ci anı
 
Əslində qələbə günləri çox olub. Lakin müasir nəslin yaddaşından hələ də silinməyəcək bu qələbəni artıq 65 ildir ki, qeyd edirik. Vaxtılə bu qələbə sovetlər ölkəsinə dünya siyasətində möhkəmlənmək şansı verib. Eyni zamanda insanlar həmin günü - 1945-ci ilin 9 Mayını xoşbəxtliyə gedən yolun başlanğıcı sayıblar. Hər ilin 9 Mayı insanların çal-çağırına bürünərdi. Qızıl meydanda keçirilən hərbi paradlar müharibə veteranlarını kövrəltsə də, dünyanın hərbi cəhətdən inkişaf etmiş ölkələrinə xəbərdarlıq mesajı olardı. Əslində qələbənin böyüklüyü ondaydı ki, mayın 9-da dü ... Davamını oxu
Baxılıb: 588 | Əlavə etdi: afgan73 | Tarix: 21.06.2010 | Şərhlər (0)

DUYĞUN DƏNİZ...
 
Süurumuzun inkişafında ən vacıb faktor,həyat içində özümüzün fərqində olmaqdır. Ozümüzü tanıdıqca etdiyimiz, düşündüyümüz ən kiçik detalları diqqətə alaraq, həyatı hiss edər və zövq almağa başlarıq.Bu fərqinə varmaq avtomatik olaraq süurumuzun inkişafına kömək edər. Məsələn bir misal deyim: Səhər qalxdınız, əl-üzünüzü yudunuz, səhər yeməyinizi yediniz ,geyinib evdən çıxdınız və avtobus dayanacağına gəzərək getdiniz .Belə baxanda bunlar adi,gündəlik etdyimiz və təkrarlanan hərəkətlərdir...  İnsan gündə bunları etdikcə bezər deyə düşünürsünüz... Bunun nəyi insana zövq verir? Bunun insana zövq verməsi də sizdən asılıdır. İzah edim... Səhər gözlərinizi aç ... Davamını oxu
Baxılıb: 610 | Əlavə etdi: afgan73 | Tarix: 21.06.2010 | Şərhlər (0)

VURĞUN ƏYYUB
 
Bu dünyadan bir aşıq köçdü…
 
Bu yazdıqlarımı neçə il bundan qabaq aşıq Xanların dəfn mərasimində deməliydim. Deyə bilmədim. Ölüm xəbərinin qəfilliyi, gözlənilməzliyi çaşdırmışdı, ya boğazımı yandıran qəhərin acılığından danışa bilməməyin qorxusumu idi, nə idisə, deyə bilmədim. Bir neçə gündən sonra haqqında yazdığım bir yazı ilə ürəyimdəkiləri, düşündüklərimi onu tanıyan və tanımayanlarla bölüşdüm. Bu yazımın əsasını da o vaxt yazdıqlarım təşkil e ... Davamını oxu
Baxılıb: 745 | Əlavə etdi: afgan73 | Tarix: 21.06.2010 | Şərhlər (0)

qızıl avtomobilDünyanın qızıldan hazırlanan ən bahalı avtomobili

İtaliyanın "Bugatti Veyron” şirkəti dünyanın ən bahalı avtomobil modelini istehsal edib.

Lent.az-ın "Daily Telegraf” qəzetinə istinadən verdiyi məlumata görə, yalnız 3 ədəd istehsal edilən və "Bugatti Veyron Diamond” adı verilən avtomobilin qiyməti 3 milyon dollardır.
Avtomobilin hazırlanması prosesində 24 karat qızıl, platin və almazdan istifadə olunub. Avtomobil saatda 400 kilometr sürətlə hərəkət edə bilir.
Baxılıb: 760 | Əlavə etdi: afgan73 | Tarix: 20.06.2010 | Şərhlər (0)

QabrielQabriel Qarsiya Markes
 
ÜÇ SOMNAMBUL ÜÇÜN KƏDƏR

İndisə orada, evin uzaq bir küncündə kimsəsizdir. Biz hələ şeylərini – meşə qoxusunu heç itirməmiş paltarıyla, pis havalarda geydiyi quştək yüngül ayaqqabısını gətirməmişdən qabaq kimsə bizə demişdi ki, bu qadın iyi-dadı olmayan ləng həyata alışa bilmir, o həyatın ən cazibədar şeyi sərt tənhalıqdır, daim onun çiyinlərini əzir, sanki daş və əhəngdən tökülüb. Kimsə bizə demişdi – və biz bunu xeyli vaxt keçəndən sonra xatırladıq ki, nə vaxsa onun da uşaqlığı olub. Ola bilsin, onda deyilənə sadəcə inanma ... Davamını oxu
Baxılıb: 790 | Əlavə etdi: afgan73 | Tarix: 20.06.2010 | Şərhlər (0)

TARİXDƏ BU GÜN
 
20 iyun. İlin sonuna 194 gün qalır.

451. Hun hökmdarı Atilla Katalon düzündəki döyüşdə məğlub olub

1793. Amerikan mühəndis Eli Uitni pambıqtəmizləyən maşına patent alıb

1837. İngiltərədə ilk poçt markaları buraxılıb

1840. Samuel Morze teleqrafı patentləşdirib

1893. Mendeleyevin rəhbərliyi ilə Rusiyada ölçü və çəki Palatası təşkil edilib

1895. Baltik və Şimal dənizləri Kil kanalı vasitəsilə birləşdirilib

1917. Müsavat və Türk Ədəmi Mərkəziyyət partiyaları "Türk Ədəmi Mərkəziyyət Müsavat” adı altında birləşib

1921. Bəstəkar Cahangir Cahangirov anadan olub

1937. Çkalovun rəhbərlik etdiyi eki ... Davamını oxu
Baxılıb: 576 | Əlavə etdi: afgan73 | Tarix: 20.06.2010 | Şərhlər (0)

BPBP-yə gözlənilməz zərbə

Tərəfdaş şirkət Meksika körfəzindəki platformada baş verən qəzaya görə BP-ni günahlandırıb

Meksika körfəzində qəza baş vermiş "Deepwater Horizon” platformasında BP-nin tərəfdaşı olan və layihədə 25 faiz paya malik ABŞ-ın "Anadarko” şirkəti bəyanatla çıxış edib. Lent.az-ın "BBC”yə istinadən verdiyi məlumata görə, şirkətin yaydığı bəyanatda qeyd olunur ki, neft platformasında aprelin 22-də baş verən qəza BP-nin dumanlı qərarının və hərəkətlərinin nəticəsidir.
"Anadarko” bəyan edib ki, qəzanın qarşısını almaq olardı: "Biz Konqresdə bu həftə qəza ilə bağlı verilən informasiyalara qulaq asanda şoka düşdük. Çünki BP təhlükəsizliyə riayət etməyib və bir neçə ciddi siqnala diqqət yetirməyib. ... Davamını oxu
Baxılıb: 629 | Əlavə etdi: afgan73 | Tarix: 20.06.2010 | Şərhlər (0)

ÇarlzÇarlz Bukovski
 
Demək yazar olmaq istəyirsən?

Hər şeyə rəğmən,
o, daxilindən vulkan kimi püskürüb özünə yol açmasa,
yazma.
Çağrılmadan gəlməzsə ürəyindən
düşüncəndən, ağzından və canından,
yazma.
Söz axtararaq,
saatlarla oturub
zilləməlisənsə gözünü bilgisayarın ekranına
və ya yazı makinasının üzərində belini bükməlisənsə,
yazma.
Pul və ya
şöhrət üçün yazırsansa,
yazma.
Yatağında qadınlar istədiyindən yazırsansa,
yazma.
Ağır işdirsə eləcə yazmağı keçirmək ağlından ... Davamını oxu
Baxılıb: 600 | Əlavə etdi: afgan73 | Tarix: 20.06.2010 | Şərhlər (0)

qətlÜrəkləri çıxarılmış 12 meyit tapıldı


Son bir həftədə 2 oxşar qətl hadisəsi baş verib

Meksikanın turizm mərkəzi Kankun şəhərinin yaxınlarından işgəncə ilə öldürülən 12 nəfərin cəsədi tapılıb. Lent.az-ın "CNN”ə istinadən verdiyi məlumata görə, tapılan meyitlərin bəzilərinin ürəkləri çıxarılıb.
Polis cəsədlərin basdırılmış şəkildə aşkar olunduğu məlumatını verib. Meyitlərin bəzilərinin ürəkləri çıxarılıb, bəzilərinin isə sinələrində "Z” hərfi cızılıb. "Z” – Meksikada "Zetlər” adı ilə tanınan narkomafiyanın rəmzidir.
Bir həftə əvvəl də Kankun şəhəri yaxınlığında bir mağarada 6 meyit tapılmışdı. Həmin cəsədlərin də bəzilərinin ürəkləri çıxarılmış, sinələrinə "Z” hərfi cızılmışdı.
... Davamını oxu
Baxılıb: 592 | Əlavə etdi: afgan73 | Tarix: 20.06.2010 | Şərhlər (0)

Murad KöhnəqalaMurad Köhnəqala
 
Oliqarxla toqquşma

Şəhərin mərkəzinə, "Tarqovı” tərəfdə toz-təmir işlərinə baxmağa gedirdim. Küçəni keçərkən yekə bir xarici maşın üstümə elə gəldi, az qala məni vursun, kənara tullanıb qəzadan güclə yayındım. Baxdım ki, maşının uzunluğu beş metr olar. Şüşələri gülləkeçirməz, dəmiri tankadavamlıdı. Ancaq markasından başım çıxmadı. Sükan ardında bir axmaq adam oturub saqqız çeynəyə-çeynəyə mənə baxırdı. Dedim, a kişi, zibilini o tərəfdən sür dəə, başına yol qəhətdi?
Maşını bir az yana verib başını aynadan çölə ... Davamını oxu
Baxılıb: 602 | Əlavə etdi: afgan73 | Tarix: 20.06.2010 | Şərhlər (1)

astrologiyaBürclər bu həftə nə vəd edir?


Həftəlik astroloji proqnoz
QOÇ
Astroloji göstəricilərə əsaslansaq, bu həftə darıxdırıcı məqamlarınız xeyli səngiyəcək. Ətrafınızda olanlar tədricən sizi anlamağa başlayacaqlar. Amma ayın 23-dək qeyri-adi işlərə başlamaq, riskli addımlar atmaq, ciddi məsələlərə girişmək yolverilməzdir. Yaxşı olar ki bunu sonrakı günlərə saxlayasınız.
BUĞA
Bəri başdan nəzərinizə çatdıraq ki, bu aralıq sizin üçün daha çox maraqlı görüş və xoş təsadüflərlə yadda qalacaq. Çalışın hər bir ünsiyyətdə mədəni davranış və zəkalı gedişlər edəsiniz. Gələcəyiniz üçün bu şanslardan yaxşı istifadə edin. Bacardığınız qədər əsas vaxtınızı istirahətə və ailə-sevgi münasibətlərinə həsr ... Davamını oxu
Baxılıb: 1227 | Əlavə etdi: afgan73 | Tarix: 20.06.2010 | Şərhlər (0)

asıq pəri məsclisi"Aşıq qadınların antologiyası”
kitabı nəşr olunacaq
Mayın 27-də Aşıq Pəri Məc­lisi-ozan sənətinin təbliği ic­ti­mai birliyi öz qərargahında mətbuat konfransı keçirdi. Konfransı giriş sözü ilə açan təşkilat rəhbəri iştirakçıları salamlayarq, onları 28 may-Respublika günü münasibətilə təbrik etdi. Sonra konfransın keçirilmə səbəbini açıqlayan sədr, bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşki­lat­larına Dövlət dəstəyi Şu­ra­sının maddi yardımı ilə Aş ... Davamını oxu
Baxılıb: 614 | Əlavə etdi: afgan73 | Tarix: 05.06.2010 | Şərhlər (2)

Nəsimi HƏSƏNOV

            OLUBDU

Dünya yaranandan kasıbın işi,
Varlının pulunu saymaq olubdu.
Kiminin yeməkdən qarnı piylənib,
Kiminin dərdi də doymaq olubdu.

Gözütox bir insan quduran deyil,
Onun olmayana əl vuran deyil,
Oğrunu alim et, o, duran deyil,
Cünki öz peşəsi soymaq olubdu.

Kasıblıq kasıba nəsibsə, bil ki,
Kasıbin oğlu da kasıbsa, bil ki,
Bir kasıb özünü asıbsa, bil ki,
Günahkar özüdü, maymaq olubdu.
Baxılıb: 546 | Əlavə etdi: afgan73 | Tarix: 06.05.2010 | Şərhlər (0)

Tarixdə bu gün

 05-05-2010
İlin sonuna 240 gün qalır.

1818. Alman filosof, iqtisadçı Karl Marks anadan olub

1821. Fransız imperator Napoleon Bonapart vəfat edib

1892. Şair Əhməd Cavad (Axundzadə Cavad Məhəmmədəli oğlu) anadan olub

1920. Lenin müstəqil Azərbaycan Sovet Respublikasının təşkili münasibətilə RSFSR Xalq Komissarları Soveti adından Azərbaycan Sovet hökumətinə təbrik teleqramı göndərib

1920. Azərbaycan İnqilab Komitəsi xanların, bəylərin, mülkədarların, həmçinin monastır kilsə və məscidlərin torpaqlarının, vəqf yer ... Davamını oxu
Baxılıb: 636 | Əlavə etdi: afgan73 | Tarix: 06.05.2010 | Şərhlər (0)

Firamin"Mühasibi öldürüb, pulu ilə saunaya getdim”

Öldürdüyü adamın ailəsinə başsağlığı verən qatildən inanılmaz etiraflar


2009-cu il noyabrın 21-də Əzizbəyov rayonunun Türkan qəsəbəsinə gedən yolun kənarında yanmış vəziyyətdə "KİA SPORTAGE” markalı avtomaşın, avtomaşının yük yerində isə yanaraq kömürləşmiş meyit aşkarlanıb.

Aparılmış istintaqla mərhumun Bakı şəhərində fəaliyyət göstərən "Modern-Hospital” klinikas ... Davamını oxu
Baxılıb: 739 | Əlavə etdi: afgan73 | Tarix: 06.05.2010 | Şərhlər (1)

Səbuhi RəhimliAstroloji proqnozu Səbuhi Rəhimli təqdim edir

(03.05-09.05.2010)
QOÇ - (21 mart-20 aprel) Bürcünüzün romantikaya olan hədsiz həvəsi çox güman ki, bu həftə təmin olunacaq. Çünki mayın 5-dən etibarən maraqlı səfə ... Davamını oxu
Baxılıb: 651 | Əlavə etdi: afgan73 | Tarix: 05.05.2010 | Şərhlər (0)

Manaf AğayevManaf Ağayev:
"Kürəkənim narkomandır, qoy bassınlar içəri...”






Manaf Ağayevin martın 15-də ərə verdiyi 23 yaşlı qızı Səmayə həyat yoldaşı Orxandan ayrılıb. Müğənni hadisənin səbəbini və pərdəarxası məqamları Lent.az-a dan ... Davamını oxu
Baxılıb: 1702 | Əlavə etdi: afgan73 | Tarix: 04.05.2010 | Şərhlər (2)

Kriminal"Nişanlımın atasından hamilə olduğunu öyrəndim..."

  Bacısını namus üstündə öldürən qardaşın inanılmaz həyat hekayəti

Həyatda elə hadisələr baş verir ki, yatsan, yuxuna belə girməz. Haqqında danışacağımız hadisə də belə misallardan biridir. Bu hadisə nəticəsində 3 il bağlı qalan cinayətin üstü açılıb. Belə ki, namus üstündə bacısını öldürən 26 yaşlı oğlan daha bir namussuzluğa dözməyib törətdiyi cinayəti etiraf edib. İbtidai istintaqa ifadəsində qatil bacısını necə öldürdüyünü, 3 il istintaqdan necə yayındığını və sonra hansı səbəbdən polisə təslim ol ... Davamını oxu

Baxılıb: 605 | Əlavə etdi: afgan73 | Tarix: 04.05.2010 | Şərhlər (1)

Sərdar CəlaloğluSərdar Cəlaloğludan müxalifətin ünvanına kəskin ittihamlar

Bunlar deyir ki, səlahiyyət məndə olsun, məsuliyyət başqalarında. Mən qərar verim, kimlərsə küçələrdə qul kimi döyülüb, söyülsün" 

Azərbaycan Demokrat Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu bəzi müxalifət liderlərinin birgə aksiya keçirmək istəyinə münasibət açıqlayıb. Qaynar.info xəbər verir ki, ADP sədri "Faktx ... Davamını oxu

Baxılıb: 552 | Əlavə etdi: afgan73 | Tarix: 04.05.2010 | Şərhlər (0)

qızını öldürən
Qızını 200 min dollara görə öldürdü


Ögey atanın daha əvvəl də bir neçə oxşar əməllər törətdiyi müəyyən olub

ABŞ-da bir nəfər 3 yaşındakı ögey qızını 200 min dollarlıq həyat sığortası etdirdikdən sonra öldürüb. Lent.az Türkiyənin "Milliyet” qəzetinə istinadən məlumat verir ki, məhkəmədə həmin şəxsin oxşar hadisələr törətməsi ortaya çıxıb.
Həyat yoldaşı evdə olmadığı vaxt Joel Zellmer xilasediciləri evinə çağırıb. Ev ... Davamını oxu
Baxılıb: 584 | Əlavə etdi: afgan73 | Tarix: 04.05.2010 | Şərhlər (1)

« 1 2 3 4 5 »